Zirkzee “Mançester Yunayted”dən ayrılır
Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Coşua Zirkzee karyerasını İtaliyada davam etdirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, niderlandlı futbolçu “Napoli”yə keçidlə bağlı razılıq əldə edib.
Transferin yanvar ayında reallaşacağı gözlənilir.
Zirkzee ilə İtaliyanın digər klubu “Yuventus” da maraqlanır. Lakin onun Neapol təmsilçisinə keçidində keçmiş komanda yoldaşları Rasmus Hoylund və Skott Maktominey mühüm rol oynaya bilərlər. Hər iki futbolçu əvvəllər “Mançester Yunayted”də çıxış edib və hazırda “Napoli”nin formasını geyinir.
Qeyd edək ki, 25 yaşlı Zirkzee cari mövsümdə “Mançester Yunayted”in heyətində 5 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb. Tərəflər arasında klublararası razılaşma hələ rəsmiləşməyib.
Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim” Günün oyunları bu kanallarda - TV AFİŞA Ronaldo millidən uzaqlaşdırılıb “Arsenal”da ciddi itki “Yuventus”da yeni müqavilə - RƏSMİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 12 Oktyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















