Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

Zirvədə keçən alim ömrü

Zirvədə keçən alim ömrü

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Orda bir kənd var, uzaqda...
O kənd bizim kəndimizdir.

O kəndin adı Soltanlıdır.

O kənd sayılıb-seçilən alimləri, böyük ziyalıları ilə öyünür.

Yüz ildi belədi...

Cəbrayılda Soltanlıya "Alimlər kəndi" deyirlər. Soltanlı Azərbaycanda üç alimlər kəndindən biridir.

Bu ənənəni yaradanlardan biri məşhur kimyaçı professor Allahverdi Verdizadədir. Böyük Verdizadənin çatdiğı ocaq minlərlə gəncin yoluna isıq tutub. Sözsüz ki, bu sırada birinci yerdə Verdizadə irsinin layiqli davamçısı, kimya elmləri doktoru, professor Nailə Verdizadə dayanır. Altmış ildi gözünun nurunu şam kimi gənc nəslin savadlanması üçün əridən böyük alim, ləyaqətli ziyalı, vicdanlı pedaqoq, alicənab insan Nailə Verdizadə...

Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Nailə Verdizadə dövrün gənc və perspektivlı alimi Allahverdi Verdizadənin ailəsində dünyaya gəlib. Gözünu açanda yazı masası, kitab-dəftər, bir də tez-tez dolub-boşalan mürəkkəb qabı görüb.

Uşaqlıq illəri kitabların arasında keçib. Yaxşı şagird olduğu uçun ali məktəbə qəbul imtahanlarını da yaxşı verərək ilk cəhddə tələbə adını qazanıb. Yaxşı tələbə sonra yaxşı müəllim olub.

Nailə Verdizadə əmək fəaliyyətinə 1967-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Analitik və fiziki kimya” kafedrasında assistent kimi başlayıb. 1970-1972-ci illərdə ADPU-nun “Analitik və fiziki kimya” kafedrasının baş müəllimi vəzifəsində işləyib. 1978-ci ildən ADPU-nun “Analitik və fiziki kimya“ kafedrasında dosent, 1976-cı ildən 2017-ci ilə kimi ADPU-da kafedra müdiri vəzifəsini ntutub. Bu dövrdə kafedrada 15-dən artıq dərslik, 100-dən çox dərs vəsaiti, metodik göstəriş və elmi-kütləvi kitablar, o cümlədən yüzlərlə elmi və elmi-metodik məqalələr, tədris planları və proqramları yazılıb. O, 1989-2012-ci illərdə kafedranın nəzdində olan “Koordinasion birləşmələr elmi tətqiqat laboratoriyasına rəhbərlik edib.

Nailə Verdizadə 10-dan çox elmi əsərin müəllifidir. Məqalələri dünyanın nüfuzlu elmi jurnallarında dərc olunub.

O, həmkarları üçün yaxşı iş yoldaşı, tələbələri üçün yaxşı müəllimdir. Altmış ilə yaxındır ki, müəllim adını şərəflə daşıyır. Nailə Verdizadə bu müqəddəs peşəyə hörmət gətirən pedaqoqlardandır. Nəsillər dəyişir, auditoriyalar dolub-boşalır, amma bizim Nailə müəllimə dəyişmir - əvvəlki şövqlə, enerji ilə peşəsini davam etdirir.

Nailə Verdizadənin minlərlə yetirməsi var. Onların arasında dünyanın nüfuzlu universitetlərində çalışan alim də var, ucqar dağ kəndində işləyən müəllim də. Yetirmələri Nailə xanımdan əxz etdiklərini öz tələbələrinə öyrədirlər. Şövqlə, vicdanla.

Dünya vicdanlı insanların çiynində dayanır...

Bu soyadı daşıdığım, bu nəslin nümayəndəsi olduğum üçün həmişə fəxr etmişəm, iftixar hissi keçirmişəm. Ağlım kəsəndən, dünyanı az-çox dərk etməyə başlayandan bəri məsuliyyətimin fərqində olmuşam. Birinci sinfə qədəm qoyanda rəhmətlik Abbas müəllim belə demişdi: “Sən əlaçı olmalısan. Verdizadələr həmişə yaxşı oxuyub”.

Atamın zəngin kitabxanası vardı. Kitab rəfimizdə yüzlərlə kitab yan-yana düzülmüşdü. Həmin kitabların arasında Allahverdi Verdizadənin, Nailə Verdizadənin araya-ərsəyə gətirdiyi bir neçə sanballı əsər də vardı. Birinin adı belə idi: “Don tikmişəm havadan”.

İfadənin gözəlliyi məni məftun etmişdi...

Bu gün Nailə xanım doğma təhsil ocağında - görkəmli alim, vicdanlı pedaqoq, peşəkar idarəçi kimi tanınan professor Cəfər Cəfərovun rektoru olduğu Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim yoldaşları, sevimli tələbələri ilə bir yerdə 80 yaşını qeyd edir. Onu 50 il əvvəl olduğu kimi gümrah saxlayan müəllim yoldaşlarının qayğısı, tələbələrinin sevgisidir.

Təbrik edirəm, professor!

100 yaşayın!

Bu, sizi çox sevən qohumlarınızın, alim həmkarlarınızın, doğma övladlarınızdan ayırmadığınız tələbələrinizin arzusudur.

Arzudan arzu doğar...

İnşallah, növbəti arzularımızı 90 illik yubileyinizdə dilə gətirəcəyik...

Seymur Verdizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 May 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see345

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see344

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see333

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see263

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see232

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see231

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see223

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see220

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see215

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see206

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see190

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see186

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see175

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see174

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see168

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see164

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see161

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see157

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see154

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri