Icma.az
close
up
RU
“Ərinin soyadına keçmək dədə babadan qalan bir anlayışdır” Qadınlar niyə ikili soyad götürür?

“Ərinin soyadına keçmək dədə babadan qalan bir anlayışdır” Qadınlar niyə ikili soyad götürür?

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Son zamanlar Azərbaycanda bəzi qadınların iki soyaddan istifadə etməsi halları artıb.
Yeniavaz.com
xəbər verir ki, evləndikdən sonra öz soyadından imtina etmək istəməyən bəzi qadınlar ərinin soyadı ilə birlikdə ikili soyad seçirlər.
Bəs bu hal qanunvericilikdə necə tənzimlənir və qadınlar niyə ikili soyaddan istifadə edirlər?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan hüquqşünas Ariz İbadov bildirir ki, ikili soyadın seçilməsi Azərbaycan qanunvericiliyində açıq şəkildə təsbit olunub:
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30-cu maddəsinə əsasən, ər-arvad istəklərinə uyğun olaraq onlardan birinin soyadını ümumi soyad kimi seçə bilərlər. Eyni zamanda hər iki tərəf nikahdan əvvəlki soyadını saxlaya və ya ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Yəni qanun qadına ikili soyad götürmək imkanı tam şəkildə verir”.
Ariz İbadov Hüquqşünas əlavə edir ki, ikili soyad seçməklə qadın həm ictimai tanınmasını qoruyur, həm də ailə həyatında yeni soyaddan istifadə etmək imkanına malik olur:
“Bu seçim xüsusilə öz sahəsində əvvəlki soyadı ilə tanınan qadınlar üçün əhəmiyyətlidir. Onlar yeni ailə statusunu rəsmiləşdirir, lakin eyni zamanda peşəkar imzalarını da itirmirlər. Qanun buna şərait yaradır və prosedur da sadədir”.
“Elə xanımlar var ki, soyad dəyişməyi ailə qurmağın ilk və ən vacib göstəricisi hesab edir və bununla fəxr edirlər
Psixoloq Aynur İsgəndərova isə bildirir ki, əvvəlki dövrlərdə qadınlar istəsələr də, istəməsələr də soyad dəyişməyə meyilli olurdular:
“Əslində ərinin soyadına keçmək dədə-babadan qalan bir anlayışdır. Bunun simvolik mənası “mən artıq bu insanla ailəliyəm, bir ailə qurmuşam” deməkdir. Qadın özünü həmin ailənin üzvü kimi görür. Zaman keçdikcə cəmiyyətdəki düşüncə tərzi formalaşıb, müəyyən stereotiplər dəyişib. Bu gün qadınların fikirlərini sərbəst ifadə etmək, öz arzularını dilə gətirmək imkanları daha genişdir. Artıq cəmiyyətimizdə bərabərhüquqlu anlayışlar formalaşıb. Qadınlar öz fikrini deməkdən çəkinmir. Əgər istəmirsə, soyadını dəyişməyə məcbur deyil”.
Aynur İsgəndərova Psixoloq hesab edir ki, soyad seçimi insanın böyüdülmə tərzindən, ailə dəyərlərindən və şəxsi həyat təcrübəsindən asılıdır:
“Elə xanımlar var ki, soyad dəyişməyi ailə qurmağın ilk və ən vacib göstəricisi hesab edir və bununla fəxr edirlər. Digərləri isə əksinə, ata soyadını dəyişməməyi doğru sayır. Hər bir yanaşma fərdin yetişdirilmə tərzi və dəyərləri ilə bağlıdır”.
Psixoloq əlavə edir ki, bəzi hallarda ikili soyad ən optimal variant kimi seçilir:
“İkili soyaddan istifadə xüsusilə o zaman olur ki, qadın əvvəlki soyadı ilə öz sahəsində tanınır, lakin ailə həyatında da yeni soyadı daşımaq istəyir. Bu zaman ikili soyad həm tanınmanı qoruyur, həm də ailə bağlarını simvolizə edir”.
Fəridə Əsədzadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 18 Noyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri