Ziya Məmmədovun ən sadiq kadrı yüksək vzəifəyə çəkildi ADY də maraqlı təyinat oldu (FOTO)
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin (ADY) Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradov vəzifəsindən azad edilib.
Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, QSC-nin sədri Rövşən Rüstəmov bu barədə əmr imzalayıb.
Rövşən Rüstəmovun digər əmri ilə Elyar Muradovun vəzifəsi bir qədər yüksəldilib və "Azərbaycan Dəmir Yolları"nın Baş Mühəndisi təyin olunub.
Qeyd edək ki, 2012-ci ildə Prezidentin fərmanı ilə "Əməkdar mühəndis" adını alan Elyar Muradov 2004-2023-cü illərdə ADY-nin Sərnişin daşımaları departamentinin, ardınca isə Hərəkət vasitələrinin təmiri departamentinin rəisi vəzifəsində çalışıb.
Mia.az xatırladır ki, Elyar Muradov sabiq nəqliyyat naziri Ziya Məmmədovun ən sadiq kadrlarlndandır: "O, məhz Ziya Məmmədovun dəstəyi ilə bu sahədə bir çox vəzifələrə gətirilib. Elyar Muradov Ziya Məmmədovun dövründə, hətta ondan sonra Cavid Qurbanovun dövründə Dəmiryolu sahəsində "ən kilid nöqtələr"dən sayılıb..."
Ziya Məmmədovun əslən Cəbrayıldan lan Elyar Muradovu nədən irəli çəkməsi haqqında da maraqlı iddialar var.
Bu və ya digər iddialarla bağlı dəqiqləşmələrimiz davam edir.
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 17 Noyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















