Icma.az
close
up
RU
Ziyalı olmağın mənasızlığı Orxan Saffari yazır…

Ziyalı olmağın mənasızlığı Orxan Saffari yazır…

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Çox yəqin, hər bir cəmiyyətin “ziyalı” anlayışı var və yaxud da hər bir cəmiyyətə mütləq ziyalı, “ziyalıfason” bir anlayış lazımdır.
Əlbəttə, burada əsas bir səbəb də kütlənin mənəvi ehtiyaclarıdır.

Ancaq nədir ziyalı olmaq?

Bəlkə, ziyalı anlayışı boş yerə müqəddəsləşdirilmiş, həqiqətdə isə lazım olmayan, daha dəqiq, xeyrindən çox ziyanı olan anlayışdır?
Aydın məsələdir, ziyalı deyiləndə ağıla ilk gələn daha çox yazıçı, şair, ümumiyyətlə, sənət adamı, siyasətçi kimi qəbildən olan şəxslər olur. Cəmiyyətin isə ziyalı anlayışı fərqlidir.

Məsələn, bir qism ziyalını inqilabçı kimi görür, onun bilvasitə olaraq aktiv müxalif siyasətçi olmağını istəyir, digər bir qism isə elə mövcud sistemin yanında, mədəni və başıaşağı təsəvvür edir. Söz yox, bu, daha çox cəmiyyətlərə, siyasi sistemlərə uyğun olaraq dəyişən münasibətlərdir.

Ancaq belə demək olarsa, ziyalı anlayışı ta qədimdən dövlətin uydurduğu bir forma, qəlibdir.
Adətən, ziyalı cəmiyyətə təsir gücü olan şəxslərdən “düzəldilir”. Yaxud ziyalı olursansa, necəsə sonradan da olsa bir qəlibə düşürsən.
Əslində, geniş anlamda xalqlara heç vaxt ziyalı lazım olmur. Ziyalısı çox olan, ziyalıya ehtiyac duyan cəmiyyətlər isə daha çox əzik cəmiyyətlərdir. Yəni əslində, xalqa lazım olan, ziyalı bildikləri nəsnənin adı başqadır, dəqiq ziyalılıq deyil.

Ziyalı bir növ kütlənin natamamlığından formalaşan ehtiyacdır.

Sual olunur: Bəlkə, ziyalı elə hakimiyyətin yanında olmalı olan, konkret ictimai fayda verən və mədəni şüura təsir edən şəxsdir, onun hər hansısa bir siyasi konktekstdə yeri yoxdur?
Xalq hər nə qədər ziyalını yanında görmək istəsə də, şüuraltında onun yanında olmadığını da yaxşı bilir. Onsuz da, müasir dövrdə ziyalı anlayışı xalqdan ayrılmış, elitar, qapalı bir sinifdir.

Belə çıxır, əslində, ziyalı anlayışının bu forması həqiqəti demək üçün yox, daha çox onu gizlətmək üçün lazımdır.
Ziyalı anlayışı daha çox güc sahiblərinin cəmiyyətin içindəki təbəqələşməni qoruyub saxlamaq məqsədilə yaratdığı bir aldatmacadır.
Bir sözlə, insanın bilinən cür mövcud ziyalı olması onun ikinci şəxsiyyətidir.

Daha dəqiq, ziyalılıq azadlığını əldən verməkdir, təbiilikdən uzaqlaşmaq və maskalanmaqdır.
Bu, fəlsəfədə də belədir. Məsələn, “Ekzistensialist”lər üçün insanın əsas borcu “özünə sadiq olmaqdır”. Ziyalı kimliyi isə insanı autentiklikdən uzaqlaşdırır: o, özünü deyil, cəmiyyətin gözündə “ziyalıya yaraşan” obrazı yaşayır.

Yəni ziyalı olmaq özünü itirməkdir, çünki artıq sənin üzərində ictimai gözlənti maskası var.
Xülasə, ziyalı anlayışı sadəcə ictimai illüziya, mədəniyyətin özünü aldatmaq formasıdır.

Orxan Saffari
Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Sentyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri