Icma.az
close
up
RU
Sədaqətli insan olmağın mənasızlığı Orxan Saffari yazır…

Sədaqətli insan olmağın mənasızlığı Orxan Saffari yazır…

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sədaqət insan iradəsinə vurulan zəncirdir. (c)

“İnsan gərək sədaqətli olsun” fikri və ümumən sədaqət anlayışının müsbət mənası aydın və başa düşüləndir. Bəs sədaqət eyni zamanda həm də mənfi bir xüsusiyyətdirsə?

Əlbəttə, insanların müxtəlif stiuasiyalarda bir-birilərinə qarşı sədaqətli olmaqları yaşamı daha da asanlaşdırır, insanı xoşbəxt edir. Məsələn, bir-birini sevən iki insanın məhz bir-birilərinə sədaqətli olmaqları, bu mənada müsbət xüsusiyyətdir.

Bəs bu, bütün stiuasiyalar üçün keçərlidirmi?

Bəlkə, sədaqətli olmaq bir az da yaltaq olmaq deməkdir?

Məsələn, sədaqət olan yerdə nə olmaz?

Əlbəttə, sədaqət olan yerdə olmayan əsas məsələ ədalətdir.

Bir şəxsə, bir məsələyə sədaqətli olan kəs, həmin şəxs və məsələ barəsində ədalətli ola, müxtəlif stiuasiyalarda ədalətli qərar verə bilməz. Sədaqət bu mənada həm də sorğulamamaq, qeyd-şərtsiz inanmaqdır.

Sədaqətli olmaq, həmçinin bir qədər də qul əxlaqıdır.

Daha dəqiq, sədaqətli insan anlayışı lider uydurması, siyasi idarəetmə formasıdır.

Mənfi və ya müsbət olmasından asılı olmayaraq, adətən, sadiq, sədaqətli olmayanlar, içdiyi andlara sadiq qala bilməyən insanlar böyük insanlar ola bilirlər.

Deqredasiyaya uğramış müasir dəyərlərdə, kapitalist şərtlərdə sədaqətli olmaq inkişaf da edə bilməməkdir.

Bu mənada, “İnsan sədaqətli olmalıdır” rəhbər, lider, böyük adamın tapşırığıdır və bu hiss daha çox yaltaq, zəif, qorxaq adamlar tərəfindən icra olunur. Yəni sədaqət təkcə insana yox, daha çox işçi insana yönəlik düşüncədir.

Bəs doğrudanmı sədaqət əxlaqın, insanlığın və münasibətlərin təməlidir?

Bəlkə bu, sadəcə ciddi görünmək, sosial normalara uyğun davranmaq və başqasının gözündə etibarlı təsir bağışlamaq cəhdindən başqa bir şey deyil?

Sədaqət mahiyyətdir, yoxsa maska?

Sədəqət anlayışı insanın daxili mahiyyətinə deyil, davranış formasına əsaslanır. Yəni sədəqətli olmaq var olmaq deyil, oynamaqdır. Bu davranış forması insanı daha “düzgün”, daha “çevik”, daha “sağlam” göstərməyi hədəfləyir. Hər kəs ciddi, möhkəm və ardıcıl görünmək istəyir. Sədaqət məhz bu görüntünün təbəssümüdür.

Əslində isə, insan daxili olaraq tamamilə dəyişkəndir: fikri dəyişir, hissi dəyişir, ehtiyacı, gücü, motivi hər gün yenilənir. Belə bir varlığın “daim sədəqətli” qalmasını tələb etmək, küləkdən sabit olmağı tələb etmək kimidir.

Görünən odur, insan təbiət etibarı ilə sədaqətli ola bilməz.

Sədaqət daha çox şəxsi münasibətə bağlı anlayışdır.

Bu mənada, sədaqət həqiqət də deyil. Yəni
sən bir fikrə, bir insana, bir sistemə “sədaqətli” ola bilərsən, amma bu fikrin və ya sistemin həqiqi olub-olmaması heç kimə maraqlı olmur.

Bu, dini, siyasi və sosial sistemlərin ən çox sevdiyi şeydir:

Sən həqiqəti yoxla, dəyiş, irəlilə demirlər,
sən sadəcə sədəqətli ol deyirlər.

Bəs görəsən, sədaqətə alternativ nə ola bilər?

Bəlkə səmimiyyət?

Səmimiyyət bu mənada dəyişməyə, fərqli düşünməyə, yenidən qərar verməyə, hisslərini etiraf etməyə imkan verən yeganə sağlam yoldur.

Yəni sədaqət donmuş dəyər, səmimiyyət isə yaşayan haldır.

Konkret demək lazımdırsa, sədaqət kollektiv şüur, kollektiv əxlaqın diktəsidir.

Düşünən insan sabit ideyalara yox, azad seçimlərə sədaqət göstərməlidir.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Dekabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see323

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see312

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see298

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see265

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see247

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see224

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see218

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see209

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see202

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see195

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see194

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see192

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see179

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see158

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see156

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see155

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see154

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri