Icma.az
close
up
RU
“Mübarizə aparan insan” mənasızlığı Orxan Saffari yazır...

“Mübarizə aparan insan” mənasızlığı Orxan Saffari yazır...

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Əlbəttə, insan daim özünü və həyatını hansısa formada mənalı etmək üçün müəyyən anlayışlara sığınır. O, bəzən bu anlayışları o qədər müqəddəs bilir, məsələn, ömrünün sonuna qədər formasından asılı olmayaraq, nələrsə uğrunda amansız mübarizə də aparır.

Ancaq maraqlıdır, mübarizə göründüyü qədər mənalıdırmı? Ümumiyyətlə, insan niyə ömrü boyu mübarizə aparmalı, bu miskin həyatını bu cür anlayışa həsr etməlidir?
Mübarizələr azadlığı, ümumilikdə kütləviliyi, ədaləti ehtiva etdiyi üçün də insan üçün böyük görünür.

Bəlkə, insan başqa yol olmadığı üçün mübarizə aparır?

Mübarizələrin romantik tərəfində nəticə görünsə də, əslində, heç vaxt bu nəticə tam əldə olunmur.
Şopenhauer insan həyatını əzab və iradənin əsarəti kimi görürdü. O deyirdi ki, həyat özü bir “istək və ehtiraslar dənizi”dir və bu istəklər insanı daim narahatlığa, mübarizəyə sürükləyir. Hər nə qədər mübarizə aparsaq da, tam bir məmnunluq əldə edilmir.

Bəs onda niyə mübarizə niyə var? Çünki insanın maiyyəti arzu və istəklərdən ibarətdir həm də. Bu istəklər də bizi mübarizəyə vadar edir: uğrunda döyüşdüyümüz ideyalar, insanlar, məqamlar – hamısı bir istək formasıdır.
Mübarizə aparmaq, əslində, bir az da kölə əxlaqıdır, yenilikçiliyə yaddır. Çün, artıq dünyada uğrunda mübarizə aparılmayan nəsə qalmayıb. Mübarizə bu mənada, başqalarının ideallarına, dini və ya ictimai dəyərlərə kor-koranə həsr olunmaqdır.

Mübarizəyə həsr olunmuş ömür nələrisə qazanmaq üçün yox, yaşadığını hiss etmək üçündür.
İnsanın mübarizə aparması həm də boşluğa düşməmək hissindən yaranır. İnsan məhz boşluğa düşməkdən qorxduğu üçün ora ideologiyalar, dəyərlər, “uğrunda ölməli” səbəblər yaradır.
Nəyinsə uğrunda ölməyə çalışmaq romantikadır, reallıq isə daha çox yaşaya bilməməkdir.
Taoizmə görə, hər şey axındadır. İnsan bu axına qarşı durmağa çalışdıqda, yəni mübarizə etdikdə öz təbiətindən uzaqlaşır. Mübarizə insanı sərtləşdirir, bir haldan başqa hala salır. Yəni sən bir ideya üçün savaşa-savaşa öz təbiiliyini itirirsən.

Rus ekzistensialisti Lev Şestov isə insanın ideyalar üçün yaşamasını “ağlın diktaturası” adlandırırdı. O deyirdi ki, insan çox zaman ideyaların zəncirinə düşür: azadlıq, ədalət, həqiqət kimi uydurduğumuz sözlərə əsir oluruq.
Şestova görə, əslində, bu cür ideyalar sənin deyil. Onlar əvvəldən yazılmış kitablar, təşkilatlanmış fikirlər, minlərlə insanın beynindən süzülmüş formullardır.

Ən təhlükəli olan isə budur: Mübariz insan düşünür ki, onun həyatı dəyərlidir, çünki o bir ideya üçün yaşayır.
Başqa cür desək, mübarizə aparmamaq da mübarizədir. Daha dəqiq, heç nəyə qarşı çıxmamaq özünü başqa bir şeyin içində yox etməkdən imtina etməkdir.

Nəhayət, insan doğulanda ideyasız idi: Səssiz, təmiz, mübarizəsiz. Mübarizə isə səssizliyi və təmizliyi aradan qaldırdı.
Mübarizə özündə məntiqi olmayan bir fəaliyyətdir. O, məqsədlə doludur, amma mənbəsizdir. Yəni mübarizə ilə hara getdiyini bilmək olur, amma mübarizənin hardan gəldiyi məlum deyil.

Mübarizə ona görə mənasızdır, onu aparan adam var olmaq yox, məhz haqlı olmaq istəyir.
Ən pisi, mübarizə aparan insanda şəxsiyyət pozğunluğu yaranır, özündən çıxardır. Mübarizə aparan insan artıq “filankəsin tərəfdarı”, “filan ideyanın döyüşçüsü”, “filan dəyərlərin müdafiəçisi”dir.
Xülasə, mübarizə mahiyyət yox, mahiyyətsizliyin kosmetikasıdır.

Orxan Saffari
Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Oktyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri