Icma.az
close
up
RU
Təndiq etməyin mənasızlığı Orxan Saffari yazır…

Təndiq etməyin mənasızlığı Orxan Saffari yazır…

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daha çox sənət sahələrinə aid edilən çürük ifadələr var.

Məsələn, “Tənqid vacibdir”, “Tənqid olmasa, inkişaf olmaz”.

Ancaq doğrudan da belədirmi?

Görəsən, indiyədək nə qədər sağlam tənqid yazılıb, deyilib?

Həqiqətdə tənqid nə deməkdir?

Əslində, tənqid inkişafın deyil, daha çox müqavimətin, qısqanclığın, özünü sübut ehtiyacının, eqonun yan məhsuludur.

Ümumiyyətlə, müasir dövrdə tənqid funksional da deyil.

Üstəlik, belə demək olarsa, yer üzündə tənqid edildiyi üçün dəyişən şəxs, düzələn nəsnə yoxdur.

Kimisə tənqid etmək gücün maskasıdır. Daha dəqiq, “intellektual muskul” göstərməkdir.

Obrazlı desək, tənqidçi olmaq eqonun təmizlənməmiş ehtirasıdır.

Başqa sözlə, müdrik insan heç tənqid etmir.

Bəlkə də, ən yaxşı tənqid nəyisə demək yox, sadəcə olanı nümunə kimi göstərməkdir.

Tənqid həm də natamamlıqdır, təsdiqolunma cəhdidir, diqqət əskikliyidir.

Digər tərəfdən, birini tənqid etmək həm də ondan qorxmaqdır. Dah dəqiq, tənqid başqasının gücündən qorxan beynin müdafiəsidir.

Tənqid, əlbəttə, inkişafa xidmət etmir, əksinə, tənqid heç kimə yaxşı da təsir etmir. Şüuraltıda olsa, tənqid edilən insan müdafiə mexanizminə keçir, düşüncə qapanır.

Tənqid insanı yaxşılaşdırmır, daha çox qəzəbləndirir, incidir, soyuqlaşdırır.

Ümumiyyətlə, mütləq həqiqətin olmadığı dünyada hansı tənqiddən söhbət gedə bilər?

Tənqid subyektiv eqonun kosmik hökm verməyə cəhdidir həm də.

Tənqid etmək təxminən budur:

Daxilində işıq olmayan adam, başqasının qaranlığını göstərməklə parıldamaq istəyir.

Təkcə sənət sahəsində yox, elə digər sahələrdə də tənqid funksional deyil.

Məsələn, siyasətdə.

Ədəbiyyatda etirazı satira yatırdığı kimi, siyasətdə də etiraz hissini tənqid yatırdır.

Siyasi sistemlər üçün tənqidçilərin olmağı, əlbəttə, avantajdır.

Çünki xalq danışdıqca yorulur, yorulduqca razılaşır, razılaşdıqca alışır.

Hakimiyyətə qarşı tənqid qəzəb boşaldır,
struktur yaratmır, güc toplamır, strategiya doğurmur.

Tənqid özünü qəhrəman kimi təqdim edən silahsız qəzəbdir.

Başqa sözlə, tənqid siyasi azadlıq deyil, siyasi təskinlik metodudur.

Tənqid xalqı azad etmir: xalqı sakitləşdirir.
Tənqid sistemləri yıxmır: sistemləri qoruyur.
Tənqid düşüncə deyil: səslənmiş acizlikdir.

Daha dəqiq, tənqid xalqa terapiyadır, hakimiyyətə isə vakuum.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Noyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri