Icma.az
close
up
RU
TANINMIŞ ZİYALILAR PREZİDENTƏ MÜRACİƏT ETDİ Tam mətn / Siyahı

TANINMIŞ ZİYALILAR PREZİDENTƏ MÜRACİƏT ETDİ Tam mətn / Siyahı

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Bir qrup alim, ictimai xadim, yazar tanınmış dilçi-alim İdris Abbasovun mənzil probleminin həlli üçün ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət imzalayıb.

Hurriyyet.az xəbər verir ki, müraciətdə uzun illərdir kirayələrdə və yataqxanalarda yaşayan alim İdris Abbasova ağır maddi-sosial durumunu nəzərə alaraq, onun dövlət tərəfindən mənzillə təmin olunması xahiş olunur. Müraciəti olduğu kimi dərc edirik:

Möhtərəm Prezident!

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov haqqında bu məktubu Sizə ünvanlayanda elm adamlarına böyük diqqətinizə güvənir, xahişimizə həssas yanaşacağınıza ümid bəsləyirik.

Nəzərinizə çatdıraq ki, İdris Abbasov müstəqillik dövrü Azərbaycan dilçiliyində müasir dünya dilçiliyi­nin nəzəri səviyyəsinə uyğun fundamental elmi tədqiqatların aparılmasında, dilşünaslıq sahəsində müvafiq kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan az sayda dilçi-alimlərdən biridir.

İdris Abbasov Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirmiş, orta məktəbdə və Bakı Dövlət Universitetində müəllim, Naxçıvan Dövlət Universitetində müəllim, sonra kafedra müdiri, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda baş elmi işçi, sonra şöbə müdiri vəzifələrində olmaqla, 30 ilə yaxın elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, dilçililik elmində, xüsusən sami dilləri, nəzəri  dilçilik və Azərbaycan dilçiliyi sahəsində əhəmiyyətli əsərlər ortaya qoymaqla, dilçiliyimizə “tərcümə, tədqiqat və şərh” üslubunu gətirmişdir. Bundan əlavə, o, on ildən artıq Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Naxçıvan MR İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

İ.Abbasovun XXI əsrdə canlandırdığı dahi Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiqat və şərhi” (Azərbaycan dilinin ilk elmi qrammatikası) monoqrafiyası Azərbaycan dilçiliyində hadisə sayılmış və əsər 2018-ci ildə Dövlət mükafatına təqdim olunmuşdur. Onun dilçiliyə dair digər əsərləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. İ.Abbasov yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifidir. Onun monoqrafiyalarına dünyanın müxtəlif ölkələrindən müsbət münasibət və rəylər bildirilmişdir. Lakin dövlətimizə və elmimizə kifayət qədər xidmətləri olan bir şəxs, təəssüf ki, maddi çətinlik içərisində 4 nəfər ailə üzvü ilə birlikdə tam əlverişsiz bir şəraitdə – kiçik yataqxana otağında yaşayır. Ailə-uşaq qayğısı olan bir alimin evsiz, üstəlik də yetkin yaşlı xəstə övladının olmasının nə qədər çətin olduğunu geniş vurğulamağa, yəqin ki, ehtiyac yoxdur. Əgər alimə dövlət tərəfindən kömək göstərilməsə, onun öz mənzil problemini nə vaxtsa öz gücü ilə həll edəcəyini düşünmək çətindir.

Cənab Prezident!

Biz aşağıda imza edənlər elm və dövlətimiz qarşısındakı xidmətlərini, özünün, xüsusən övladının uzunmüddətli xəstəliyini, çətin maddi durumda yaşadığını nəzərə alıb professor İdris Abbasovun fərdi mənzillə təmin olunmasına kömək etməynizi xahiş edir, göstərəcəyiniz dəstəyə görə bütün elm və ümumən, ictimaiyyət nümayəndələri adından Sizə əvvəlcədən dərin və sonsuz minnətdarlığımızı bildiririk:

Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, BDU Ümumi dilçilik kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Əbülhəsən Abbasov –  Azərbaycan filosofu, AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor, Rusiya Pyotr Akademiyasının və “Dünya professorları sülh uğrunda” Beynəlxalq Təşkilatın üzvü

Qulu Məhərrəmli – filologiya elmləri doktoru, BDU-nun professoru, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i, Prezident təqaüdçüsü

Nigar Gözəlova – tarix elmləri doktoru, dosent, AMEA

Nizami Tağısoy – filologiya elmləri doktoru, professor, AMEA

Əsəd Cahangir – filoloq, tənqidçi, ədəbiyyatşünas, AYB

Sərdar Zeynal – filologiya elmləri doktoru, professor, APU

Vüqar Qaradağlı – filologiya elmləri doktoru, BDU

Nəsrulla Məmmədov – filologiya elmləri doktoru, professor, BDU

Siracəddin Hacı – filologiya elmləri doktoru, dosent, AMEA

Ramin Əlizadə – tarixçi-urartuşünas, AMEA

İlhami Cəfərov – filologiya elmləri doktoru, AMEA

Zülfiyyə Musəvi – filologiya üzrə fəlsəfə doktoru, AMEA

Gülsüm Hüseynova – filologiya elmləri doktoru, dosent, AMEA

Faiq Ələkbərli – fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, AMEA

Gülşən Axundova – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

Fizuli Mustafayev – filologiya elmləri doktoru, AMEA

Adilə Nəzər – şair-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, AYB

Nəriman Qasımoğlu – tarix üzrə fəlsəfə doktoru

Səyyar Məmmədov  – filoloq, Naxçıvan MR Mədəniyyət Nazirliyi

Fuad İslamzadə – tibb üzrə fəlsəfə doktoru, dosent, ATU

Xanoğlan Əhmədov – jurnalist, təsisçi və baş redaktor

İradə Sarıyeva – filoloq, jurnalist

Şahnaz Salehqızı – jurnalist, baş redaktor

Vasif Sadıqlı – filoloq-jurnalist, təsisçi və baş redaktor

Pərvin Abışova – jurnalist, ictimai şəxs

Ləman Ələşrəfqızı – veriliş redaktoru, köşə yazarı, Azərbaycan Respublikasının əməkdar jurnalisti 

Həbibə Abdulla  – jurnalist, baş redaktor

Məhəmməd Ərsoy – jurnalist, baş redaktor

Elçin İbrahimov – filologiya elmləri doktoru, professor, Qarabağ Universiteti

Elvar Mirzəoğlu – hüquq elmləri üzrə fəlsəfə doktoru

Elçin Əfəndi – təhsil üzrə mütəxəssis, ictimai şəxs

Xavər Həsənova – fizika üzrə fəlsəfə doktoru, BDU

Cəbrail Həşimov – müəllim

Aygün Əzizova – baş redaktor, “Qanun” nəşriyyatı

İlham Əhmədov – təhsil eksperti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, ADPU

Ayaz Arabaçı – şair-filoloq, AYB

Nəriman Seyidəliyev – filologiya elmləri doktoru, AMEA

Fidan Salayeva – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

Günel Aslanlı – tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA

Mobil Aslanlı – pedaqogika  elmləri doktoru, BDU

Rasim Qurbanov – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

Qətibə Mahmudova – filologiya elmləri doktoru, AMEA

Nərgiz Hacıyeva – filologiya elmləri doktoru, AMEA

Elnurə Hüseynova – filologiya üzrə fəlsəfə doktoru, AMEA

Türkan Əsgərova – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

Elşad Allahverdiyev – filologiya üzrə fəlsəfə doktoru, dosent, MDU

Günay Rəfibəyli – filologiya üzrə fəlsəfə doktoru, dosent, BDU

Aytən Hümbətova – filologiya üzrə fəlsəfə doktoru, BDU

Nigar Seyidova – filologiya üzrə fəlsəfə doktoru, BDU

Ramil Bayramov – filologiya üzrə fəlsəfə doktoru, BDU

Könül Məlikova – müəllim, ADİU

Təhminə İsmayılova – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

İntizar Salehova  –  filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

Təranə Şükürlü  –  filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

Bənövşə Məmmədova – filologiya elmləri doktoru, dosent, ADU

Xədicə Əyyubova – filoloq, baş müəllim, ADU

Elmira Kənan  –  filoloq, baş müəllim, BQU  

Aqil Cəfərov  –  filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

Vəfa Seyidova  –  filologiya üzrə fəlsəfə doktoru, dosent, ADU

Seyfəddin Eyvazov –  filologiya üzrə fəlsəfə doktoru, dosent, NDU

Zəki Bayram –  filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, AMEA

Zaur Əliyev –  siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA   

Mehparə Rəhimqızı  –  müəllim, orta məktəb

Şəlalə Xəlilova  – filoloq, müəllim

Lalə Əliyeva – tarix üzrə fəlsəfə doktoru, dosent, BDU

İrada Zarqanayeva – fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, AMEA

Xatirə Məlikova – operator, AMEA

Zemfira Əliyeva – filologiya elmləri doktoru, dosent, AMEA

Aytən Allahverdiyeva – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA

Pərvin Bayramova – filologiya üzrə fəlsəfə doktoru, AMEA

Leyla Yusifova – filologiya üzrə fəlsəfə doktoru, AMEA

Elnurə Abbasova – filologiya üzrə fəlsəfə doktoru, AMEA

Günel Bayramova – filologiya elmləri doktoru, dosent, AMEA

Hazırladı: Jalə FAMİLQIZI

“Hürriyyət”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:293
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Fevral 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri