Zorakılığa məruz qalanların sayı açıqlandı RƏSMİ
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Cari ilin 6 ayı ərzində məişət zorakılığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) 292 müraciət daxil olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq AQUPDK Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.
O bildirib ki, müraciətlərin 47-i kişilər, 230-u qadınlar və 15-i uşaqlar tərəfindən olub.
"Kişilər tərəfindən edilən müraciətlər əksər vaxtlarda övladları ilə bağlı, psixi və iqtisadi zorakılqla bağlı olub. Onlar daha çox övladlarının zorakılığa mərzu qalması ilə bağlı və ya övladlarının keçmiş həyat yoldaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı, uşaq tələbi, övladları ilə ünsiyyət məsələləri ilə bağlı müraciət ediblər", - İ. Məmmədova vurğulayıb.
O qeyd edib ki, müraciətlərin 62-i psixi zorakılıq, 27-i iqtisadi zorakılıq, 197-i fiziki zorakılıq və 6-ı cinsi zorakılıq ilə bağlı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 03 İyul 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















