Zülfiyyə Xanbabayeva qızından gileyləndi
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Zülfiyyə Xanbabayeva qızı Dənizin xarakterindən, müstəqil həyatından və gələcək planlarına münasibətindən danışıb.
“Yeni Sabah” xəbər verir ki, Xalq artisti Araz FM-in efirində ailə həyatına dair bəzi məqamlara aydınlıq gətirib.
Müğənni bildirib ki, qızı artıq öz işlərini müstəqil şəkildə həll edir və anasından əsas gözləntisi sevgisi ilə nəvazişidir. İnternet mağaza
Z.Xanbabayeva Dənizin gələcəkdə xaricdə yaşamaq qərarına da hörmətlə yanaşacağını deyib. O, övladının seçimlərinə müdaxilə etmək istəmədiyini və öz arzularından daha çox qızının xoşbəxtliyini düşündüyünü vurğulayıb.
Müğənni qızının xarakterindən də söz açaraq onun özündən fərqli olaraq daha soyuqqanlı olduğunu bildirib:
"Qızım, yoldaşım, qardaşım uşaqları - heç biri onlardan danışmağımı sevmir. Qoymurlar danışım, ürəyimi boşaldım. Ailəcanlıyam, böyük ailəm var. Qızım Dəniz təhsil alır, dərsə gedib-gəlir. Bütün işlərini də özü edir. Sağ olsun, başımı qatmır. Ancaq ana nəvazişinə ehtiyacı var.
Eqoist olmayım. Özüm ailəmə qarşı çıxıb istədiyimi etmişəmsə, qızıma da istədiyinə icazə verərəm. Xaricə getmək istəsə, getsin. Məsafə problem deyil. Məsafələr yaxınlaşıb, ürəyi istəyəndə mən, mən istəyəndə o mənim yanımda olar. Özümü yox, Dənizi düşünürəm. Bu yaşdan sonra qızım haqqında düşünmək vaxtımdır.
Qızım çox soyuqdur. Nə mənə, nə atasına oxşayıb. Çox istiqanlıyam, onun istiqanlılığı mənə az gəlir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 26 Noyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















