Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Zülmətə bürünən küçə İşıqları niyə yandırılmır? ARAŞDIRMA

Zülmətə bürünən küçə İşıqları niyə yandırılmır? ARAŞDIRMA

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhərinin bəzi ərazilərində gecə saatlarında küçə işıqlarının işləməməsi və ya ümumiyyətlə olmaması müşahidə olunur. Bu problem xüsusilə paytaxtın mərkəzdən kənar qəsəbə və mikrorayonlarında – Biləcəri, Binə, Hövsan, Xətai, Sabunçu, Ramana və ya Keşlə kimi ərazilərdə daha çox nəzərə çarpır.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Səbəblər nədir?

Köhnəlmiş infrastruktur: İllər əvvəl quraşdırılmış işıqlandırma sistemlərinin texniki cəhətdən köhnəlməsi və yenilənməməsi.

Texniki nasazlıqlar: Elektrik naqillərində, transformatorlarda və ya işıq dirəklərində yaranan nasazlıqların vaxtında aradan qaldırılmaması.

Bələdiyyə və kommunal xidmətlərin yetərsiz fəaliyyəti: Məsul qurumların bəzi hallarda məsuliyyətsiz davranması və problemlərə gec müdaxilə etməsi.

Layihələndirmədə boşluqlar: Yeni salınan və ya genişləndirilən yolların işıqlandırma planında nəzərə alınmaması və ya işıqlandırma dirəklərinin quraşdırılmaması.

Bəs, bu problemlər nə ilə nəticələnir?

Sürücülər üçün təhlükə: Qaranlıq yollar yol qəzası riskini artırır. Görmə məsafəsinin azalması səbəbindən sürücülər maneələri və piyadaları gec görür.

Piyadalar üçün risk: Xüsusilə yaşlı insanlar, uşaqlar və qadınlar üçün təhlükəsizlik problemi yaranır. Qaranlıqda yol keçmək və ya səki ilə hərəkət etmək çətinləşir.

Cinayət halları: İşıqsız küçələrdə oğurluq, soyğunçuluq və digər hüquq pozuntuları riski artır.

Yaşayış keyfiyyətinin aşağı düşməsi: Qaranlıq və təhlükəli mühit şəhər sakinlərinin gündəlik həyat keyfiyyətinə birbaşa təsir edir, narahatlıq və narazılıq yaradır.

Həll yolları nələrdir?

İnfrastrukturun yenilənməsi: Qədim və nasaz işıq sistemlərinin mərhələli şəkildə müasir texnologiyalarla əvəz olunması.

Enerji qənaətli LED sistemlərinin tətbiqi: Hem daha güclü işıqlandırma, həm də az enerji sərfiyyatı üçün LED texnologiyalarına keçid.

Yerli icra hakimiyyəti və “Azərişıq” arasında koordinasiyanın artırılması: Məlumatların operativ paylaşılması və problemlərin birgə həlli üçün qurumlararası əməkdaşlığın gücləndirilməsi.

Vətəndaşların şikayət mexanizmlərinin sadələşdirilməsi: 24/7 qaynar xəttlər, mobil tətbiqlər və ya onlayn platformalar vasitəsilə işıqlandırma ilə bağlı problemlərin aidiyyəti orqanlara çatdırılması.

Mövzu ilə bağlı redaksiyamıza bir sıra şikayətlər də daxil olub.

Şikayətçi Aidə Qarayeva: “Xutor Məmməd Əmin Rəsulzadə küçəsində (Ziya Bünyadov da sayılır) 15-ci sırada yaşayırıq. Məhlədə göz-gözü görmür. Yaşlı var, uşaq var. Belə olmaz. Məhlə içi bir dənə belə işıq dirəyi yoxdur. Müvafiq qurumlardan xahiş edirik ki məsələ ilə bağlı tədbir görülsün”.

Şikayətçi Ləman Vəliyeva: “Zığ- Hövsan yolunun bir hissəsi işıq dirəkləri ilə işıqlandırılsa da Hövsan yolunun Bahar qəsəbəsi yaxınlığındakı hissəsi qaranlıqdır. İşıq dirəkləri olsa da işıqlar yandırılmır. 4 zolaqlı magistral yolun sağ hissəsində avtobus dayanacağı və yolun sol hissəsində qəsəbələr var. Axşam saatlarında o yolu sakinlər (4 zolaqlı yolda) qaça -qaça keçməli olurlar Bu da piyadaları ölümlə üz-üzə qoyur. Hətta o yolda dəfələrlə ölümlə nəticələnən qəzalar olub”.

Şikayətçi Elnarə Nəsibova: “Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ümid küçəsində yaşayıram. Təəssüf ki, bu ərazidə küçə işıqlandırması tamamilə yoxdur və bu problem illərdir davam edir. Axşam saatlarından etibarən küçə tam qaranlığa qərq olur, bu isə gündəlik həyatımıza mənfi təsir göstərir.

Gecə vaxtı küçə işıqlarının olmaması bizi ciddi şəkildə narahat edir. Qaranlıqda nə yolu, nə insanları, nə də nəqliyyatı düzgün görmək olur. Bu vəziyyət həm təhlükəsizlik baxımından, həm də rahatlıq cəhətdən böyük problem yaradır.

Bu səbəbdən aidiyyəti qurumlardan xahiş edirik ki, Ümid küçəsində küçə işıqlandırmasının təmin olunması ilə bağlı tezliklə tədbir görülsün. Bu, sakinlərin gündəlik həyatı və təhlükəsizliyi üçün son dərəcə vacib məsələdir”.

Şikayətçi Elgün Nəsibov: “Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ümid küçəsində yaşayıram. Uzun illərdir bu küçədə küçə işıqlandırması yoxdur və bu problem hələ də həll olunmayıb. Axşam saatlarında küçəmiz tamamilə qaranlığa bürünür ki, bu da həm yaşayış üçün çətinliklər yaradır, həm də təhlükə mənbəyinə çevrilir.

Yollarda heç nə görünmür, nə piyadalar, nə də avtomobillər rahat hərəkət edə bilmir. Belə şəraitdə hərəkət etmək həm qəza riski yaradır, həm də insanlarda qorxu hissi doğurur”.

Həmçinin, şəhər sakinlərinin fikirləri öyrənilib.

Şəhər sakini Ayaz Zeynalzadə: “Mənim yaşadığım ərazidə işıqlandırma normaldır və öz küçəmizdə bir problem yaşamıram. Lakin bəzi küçələrdən keçərkən işıqlandırmanın olmaması narahatlıq törədir ya heç işıqlandırma yoxdur, ya işlək deyil. Yaşlı insanların bundan daha çox əziyyət çəkdiyinə şahid oluram”.

Şəhər sakini Sona Gündüz: “Paytaxtda daim tıxac olduğu üçün, çox zaman evə gec saatda çatıram. Bu səbəbdən xüsusilə də qış vaxtı, hava tez qaraldığı üçün işıqlandırması olmayan küçələr problem yaradır. Qaranlıq küçələrdə hərəkət etmək çətinləşir.

Təkcə gecə yox, erkən saatda durub işə gedən biri olaraq qış vaxtı qaranlıq küçədə, qarlı, buzlu yolda hərəkət etmək də, fikrimcə, təhlükəlidir.

Bir çox məhəllələrdə işıqlandırma problemi ilə qarşılaşan sakinlər özləri həyət önlərinə işıq çəkirlər. Amma yaxşı olardı ki, aidiyyəti qurumlar bu məsələni özləri diqqətdə saxlasınlar”.

Şəhər sakini Röya Vahabova: “Hökməli qəsəbəsində yaşayıram. Axşamlar hava qaralandan sonra bizim küçənin işıqlandırılması fərdi qaydada aparılır. Qonşularla birləşib dirəyə işıq bağlamışıq. İşıq evlərdən idarə olunur. Əgər işığı yandırmaq unudularsa qaranlıq olur yenə. Hər bir halda evə çatana qədər olan qaranlıq yolu mən telefon fənəri ilə keçirəm.

Təbii ki, küçələrdəki işıqlandırma qaydasında olsa axşam evdən çıxmaqda daha sərbəst ola bilərik. İndiki halda demək olar ki, hava qaraldıqdan sonra çölə çıxmıram. İşdən qayıdanda da fənərdən istifadə edirəm”.

Şəhər sakini Nicat Məmmədov: “Bəli, axşam saatlarında küçə və ya məhəlləmizdə işıqların olmaması səbəbilə evdən çıxmaqdan çəkinirəm. Çünki bu cür şəraitdə həm piyada, həm də sürücü üçün ciddi təhlükə yaranır. Küçə işıqlandırmasının olmaması yolu görməkdə çətinlik yaradır, bu da kor zonaların sayını artırır və qəza riskini yüksəldir. Hətta bəzən yolu düzgün görə bilmədiyim üçün büdrəyib yıxıldığım hallar da olur. Ümumilikdə, belə qaranlıq mühit insanın özünü təhlükəsiz hiss etməsinə imkan vermir”.

Şəhər Sakini Zeynəb Cəfərli: “Küçələr işıqsız olanda axşam saatlarında çölə çıxmaq qorxulu olur. Qaranlıq olanda yolu düzgün görmək olmur, insan çuxura düşə bilər, nəyəsə ilişə bilər.

Bəzən küçələrdə sahibsiz vəhşi itlər dolaşır. İşıqsız küçələrdə onları görmək mümkün olmur və bu, qorxulu ola bilər. Qaranlıqda yol görünmədiyi üçün qəza ehtimalı da yüksək olur”.

Şəhər sakini Zərintac Mayisqızı: “Müasir şəhər infrastrukturunda küçə işıqlandırılması insanların təhlükəsizliyi və sosial rifahı baxımından son dərəcə əhəmiyyətli məsələdir. Təəssüf ki, Bakının və digər şəhərlərin bir çox məhəllələrində, xüsusən də yaşayış massivlərində küçə və həyətlərin tam və ya qismən işıqsız olması müşahidə olunur. Bu vəziyyət təkcə rahatlığın deyil, həm də təhlükəsizliyin ciddi şəkildə pozulmasına səbəb olur.

Gecə saatlarında evdən çıxmaq və yaxın məsafəyə – məsələn, mağazaya, aptekə və ya dayanacağa getmək ehtiyacı yarananda işıqsız küçələrdə hərəkət edən insanlar real təhlükə hissi ilə üzləşirlər. Çünki aydın işıqlandırma olan ərazilərdə insan ətrafı rahat müşahidə edə, potensial təhlükələri əvvəlcədən sezə bilir. Amma qaranlıqda bu imkan demək olar ki, olmur. Belə şəraitdə fiziki təhlükə riski ilə yanaşı, insanlarda psixoloji narahatlıq, qorxu, təlaş və təhlükə gözləntisi də yaranır.

Küçə işıqlarının olmaması təkcə real təhlükələri artırmır, eyni zamanda vətəndaşların özlərini cəmiyyətin bir parçası kimi hiss etməsinə də mənfi təsir göstərir. Bu cür laqeydlik hissi və sosial məsuliyyətin zəifliyi insanlarda dövlət strukturlarına və yerli idarəetmə orqanlarına inamsızlıq formalaşdıra bilər.

Bu problemin şəxsi həyat təcrübəsindəki təzahürlərinə nəzər yetirdikdə, məsələn, universitet illərində kirayədə yaşayan tələbələrin, axşam dərsdən sonra qaranlıq küçələrdən keçərkən yaşadıqları narahatlıq, problemin nə qədər ciddi və geniş yayılmış olduğunu göstərir. Yəni işıqlandırma yalnız texniki məsələ deyil – sosial rifahın, ictimai təhlükəsizliyin, şəhər mədəniyyətinin və psixoloji sağlamlığın tərkib hissəsidir.

Əhalinin gözləntisi ondan ibarətdir ki, müvafiq qurumlar – xüsusilə Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq” və bələdiyyə strukturları bu məsələyə ciddi yanaşsın, qaranlıq küçələrdə operativ şəkildə işıqlandırma sistemləri quraşdırılsın və onların fasiləsiz fəaliyyəti təmin olunsun. Bu, həm də kriminal halların azalmasına, ictimai asayişin qorunmasına və vətəndaş məmnuniyyətinin artmasına xidmət edəcəkdir”.

Mövzu ilə bağlı müvafiq qurumlara da sorğu ünvanladıq.

“Bakı Abadlıq Xidməti”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva bildirib ki, şəhərin işıqlanması ilə bağlı bütün suallar “Bakı şəhər işığı”na aiddir: “Bakı, Abşeron və bölgələr üzrə Bakı Abadlıq Xidmətinin fəaliyyət göstərdiyi bütün ərazilərdə elektrik dirəkləri müvafiq icra qurumlarına (paytaxtda “Bakı şəhər İşığı” Elektrik şəbəkə müəssisəsinə, Abşeronda, Quba, İsmayıllı, Ağdaşda və s yerli icra hakimiyyətlərinə) təhvil verilib. Son təhvil- təslim aktı 24 dekabrda notarial qaydada imzalanaraq təsdiqlənib. Həmin tarixdən etibarən BAX işıqlanmada yaranan problemlərlə bağlı məsuliyyət daşımır, şirkət tərəfindən heç bir servis xidməti həyata keçirilmir. Hazırda işıqlanma ilə bağlı yarımçıq qalmış layihəmiz yoxdur”.

"Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəisi Vaqif Aydınoğlu isə qeyd edib ki, küçə işıqlandırılması müvafiq quruma aid olan məsələ deyil. Bu tamamilə başqa quruma aiddir.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:721
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri