Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Vicdanın işıqları

Vicdanın işıqları

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarşımda hələ işıq üzü görməmiş, şəfəqlərini saçmağa hazırlaşan bir əlyazma var: “Vicdanın işıqları”. Kitabı oxuyanda dərhal anladım ki, bu toplu Azərbaycanın son iyirmi ilinin ən aktual sosial, hüquqi və insan taleyi ilə bağlı məsələlərinin dərin və vicdanlı salnaməsidir. Bu salnamənin yazarı ömrünün yarım əsrə yaxın parçasını gözünün nuru, qəlbinin hərarəti ilə bərabər bir qara qələmə, bir ağ vərəqəyə, gecə lampasına, yazı masasına bağlayan şəxsdir və o, sıradan biri deyil. Məslək daşıyıcısı, vicdan tərəzisinin mizanı və əqidə adamıdır. 

Mən bu müəllifi çoxdan tanıyıram, lap çoxdan. Bir vaxtlar Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin auditoriyalarında yaxşı jurnalist olmaq eşqi ilə yarışar, göylərdə gəzərdik. Xeyli yaxşı qələmi, savadı olanlar vardı qrupumuzda. Ancaq, açığını deyim, hamımızdan məsuliyyətli, çalışqan, adi günlərdə sadə, sakit, fağır görkəmli Fərman imtahan günlərində əjdahaya dönürdü, prinsipial, sərt olurdu. Pıçıltıyla verilən sualı eşitməz, heç kəsə baxmaz, heç kəsi görməzdi. Bəzən inciyərdi yoldaşlarımız: “Paxılsan, heç kimə kömək etmirsən...” Ancaq Fərmanın da öz həqiqətləri vardı: özün oxu, özün öyrən, özün yaz, öz fikrin olsun. Bəs gələcəkdə necə jurnalist olacaqsan?

Fərman universitetdən sonra da prinsipləri, məqsəd və məramları uğrunda yonulmadı, əyilmədi, dəyişmədi. Dostumuz düz xətt idi, bu xəttə də sədaqətli qaldı və tanınmış, peşəkar jurnalist kimi hər birimizdən, hətta bizim çevrəmizi çox-çox aşan bir qələm sahibi, həmkarları və yoldaşları arasında daha çox səmimiyyəti, qətiyyəti və peşəkarlığı ilə seçilən media mənsubu oldu. Keçdiyi yollara bir daha çevrilib baxırıq: korrektorluqdan baş redaktor səviyyəsinə kimi yüksəlib, media dünyasının bir çox mükafatlarını qazanıb, Azərbaycan Prezidentinin 21 iyul 2010-cu il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. Onun ömrünü, gəncliyini peşəsinə, məramlarına xərcləyərək qazandığı uğurları görəndə tələbəlik illərindəki “xəsisliyinə” haqq qazandırdıq. Bəli, Fərman hamarlanmış, işıqlandırılmış yolla, tapdanmış cığırla yox, öz prinsiplərinə uyğun, daşlı-kəsəkli, nahamar, əziyyətli yollarla əldə edib uğurlarını və əlinə qələm alan hər kəsdən də bunu umub...

Fərman Nəbiyev 1980-ci ildən mətbuatda çalışsa da, 2004-cü ildən publisistika sahəsində daha fəal işləyib. O, bu illər ərzində yalnız hadisələri izləməyib, əksinə, cəmiyyətin ağrılı nöqtələrinə toxunub, problemlərin kök səbəblərini araşdırıb və həll imkanlarını axtarıb. Onun qələmi eyni zamanda həssas, cəsarətli və məsuliyyətlidir. Bu keyfiyyətlər kitabı sadə məqalələr yığınından çıxarıb, əsl vətəndaş publisistikasına çevirib.

Kitabın hər bir bölməsi müəllifin geniş maraq dairəsini və peşəkar dərinliyini açıb göstərir. Uşaq hüquqlarının pozulması, selektiv abortlar, azyaşlıların qanunsuz əməyə cəlb olunması kimi ağır mövzularla başlayan kitab gender bərabərliyi, uğurlu Azərbaycan xanımlarının hekayələri, 2020-ci il pandemiyasının sınaqları və icbari tibbi sığortanın Mingəçevirdən başlayan pilot layihəsinin təhlili ilə davam edir. Müəllif bu mövzularda yalnız faktları sadalamır, problemlərin insan həyatına vurduğu zərbəni göstərir, ekspert fikirlərini təhlil edir və konkret çıxış yolları təklif edir. Xüsusilə Vətən müharibəsinə həsr olunmuş bölmə kitabın ən güclü və emosional hissəsidir. 2016-cı ilin aprel qəhrəmanlıqlarından, 2020-ci ilin 44 günlük müharibəsinin Zəfərinə qədər şəhidlərimizin şəxsi həyat yollarını izləyən müəllif oxucuya yalnız döyüşlərin xronologiyasını yox, həm də bu qələbənin insan taleyindəki dərin mənasını hiss etdirir.

Kitabı oxuduqca insan haqları, xüsusən əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, yeni inzibati hüququn gətirdiyi dəyişikliklər, narkomaniya və insan alveri ilə mübarizə, qaçqın və məcburi köçkünlərin taleyi və Zəfərdən sonra qayıdış prosesi, bank, sığorta, vergi problemləri, yerli icra strukturlarının mülkiyyət hüququna müdaxiləsi, miras məsələləri, informasiya cəmiyyətinin inkişafı, Avropa İttifaqının kiçik biznesə və demokratiyaya dəstək layihələri, enerji qəzaları və elektrik təchizatı, eyni zamanda 1948-ci ildə şəhər statusu alan Mingəçevirin 1945-ci ildən başlayan tarixi və bu günkü ekoloji durumu ilə müəllifin dərindən və peşəkarcasına tanış olduğu üzə çıxır.

Həyatının böyük bir hissəsini “Mingəçevir işıqları” qəzetinə bağlayan Fərman Nəbiyevin kitabını “Vicdanın işıqları” adlandırması da təsadüfi deyil. Çünki o, illər boyu ardıcıl və prinsipial mövqeyi, problemlərə laqeyd qalmamaq bacarığı və oxucunu düşünməyə sövq etmək istəyi ilə çalışıb. Həm də “işıq” sözü Fərman üçün adi söz, sadə ifadə deyil. İşıq nurdur, ziyadır, parıltıdır... Mingəçevir şəhərindən ölkəyə nur çilənir, Fərmanın da ziyası, vicdanı, məramı bəllidir: ətrafındakılara işıq yaymaq, problemləri “qaranlıqdan” çıxarmaq, insanlara nurlu yol göstərmək.

Müəllifin yazı dili sadə və təsirli, təhlilləri isə əsaslı və balanslıdır. Bu keyfiyyətlər sayəsində kitabın həm geniş oxucu auditoriyası, həm də mütəxəssislər üçün dəyərli olacağına, Azərbaycan publisistikasına mühüm töhfə verəcəyinə inanıram.

Kitabın qəhrəmanları oxucuları keçmişin izlərini qoruyub saxlamağa, cəmiyyətimizin bu günü və gələcəyi barədə ciddi düşünməyə və qərar verməyə vadar edir. Ona görə də tövsiyə edirəm: Bu kitabı oxuyun və hər kəslə paylaşın ki, daha rahat, etibarlı, sağlam və daha səmimi mühit yarada bilək. İşığın daha parlaq, vicdanın hər zaman rahat olsun, əziz dost – Fərman Nəbiyev!

Yaqut Bahadurqızı, yazıçı-publisist Filologiya üzrə fəlsəfə doktoru, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Avqust 2026 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri