Icma.az
close
up
RU
Təzadların rəqsi Türkanə İsrafilli

Təzadların rəqsi Türkanə İsrafilli

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Türkanə İsrafillinin "Təzadların rəqsi" yazısını təqdim edir.

Həyat təzadların rəqsidir. Eyni anda dünyanın bir ucunda həyat başlayanda, digər bir ucunda sona çatır. Bu yalnız bir poetik təsvir deyil, hər saniyə baş verən həqiqətdir. Doğum şöbəsindəki yeni doğulanın nəfəsi ilə reanimasiya otağındakı son nəfəs arasında bəzən cəmi bir divar dayanır. Bir ana balasını ağ gəlinlikdə yola salanda eyni anda başqa bir ana da balasını kəfəndə yola salır... İnsan taleyinin ən dərin paradoksu da məhz buradan başlayır: başlanğıcın və sonun bir-birinə bu qədər yaxın olmasından...

Birinin üzündə sevinc işığı yanır – bəlkə də, həyatında mühüm bir dəyişiklik baş verib. Elə həmin anda kimsə ürəyində dərin bir kədər daşıyır – bəlkə də, uzun müddət əmək sərf etdiyi vəzifəsindən azad edilib. İnsan simasında həyatın bütün çalarları öz əksini tapır – kədərin bozluğu, sevincin işıltısı, ümidsizliyin solğunluğu, ümidin rəngli ahəngi. Bir pəncərədən ümid günəşi boylanır, digər pəncərədən isə kədərin kölgəsi süzülür. Eyni şəhər, eyni küçə, eyni saat – sonsuz təzadlar. Ömrün simfoniyası ziddiyyətlərin kəskin akkordlarında öz kulminasiyasına çatır.

Kasıbın daxması ilə varlının villası arasındakı məsafə bəzən cəmi bir neçə metrdir. Amma o kilometrlərdə bir dünya fərq gizlənir. Birində uşaqlar ac yatır, digərində isə yeməklər zibilliyə atılır. Bu, təkcə maddi təzad deyil. Bu, daha dərin bir əxlaqi paradoksdur. Bir tərəfdə bolluq, digər tərəfdə yoxluq; bir tərəfdə səpələnmiş nemətlər, digər tərəfdə göz yaşları ilə sulanmış boş süfrələr.

Həyatın təzadları bəzən amansız görünə bilər. Amma onlar bizim ən böyük müəllimlərimizdir. Kədəri dadmadan sevincin şirinliyini duymaq mümkünsüzdür. İtkilər olmadan qazancların dəyərini bilmək çətindir. Xəstəlik olmasa, sağlamlığın qiymətini kim anlaya bilər?
Bəlkə də, həyatın ən böyük müdrikliyi bu təzadlarla barışmaq, onları qəbul etməkdir. Çünki həyat özü təzadların harmoniya yaratdığı bir axındır. Gecə gündüzü, qış baharı, kədər sevinci əvəz edir. Bu sonsuz prosesin içində biz həm tamaşaçı, həm də aktyoruq. Həm iştirak, həm də müşahidə edirik. İnsanın daxili dünyası bir-birinə zidd hisslərin, düşüncələrin məskənidir.

Təzadlar yalnız ətrafımızda yox, içimizdə də mövcuddur. İnsan qəlbi ziddiyyətlərin məskənidir. Eyni anda həm sevinci, həm də kədəri hiss edə bilərik. Həm qorxularımız, həm də cəsarətimiz eyni damın altında baş-başa verər. Düşüncələrimiz, hisslərimiz, arzularımız – hamısı bir-birinə zidd, amma birlikdədir. İnsan olmaq bu ziddiyyətlərin içində yaşamaq, onları hiss etmək və onlardan öyrənməkdir.

Həyatın əsl mənası, bəlkə də, budur: təzadların ortasında tarazlıq tapmaq. Həyatın bizə verdiyi dərsi dərk etmək. Gecənin qaranlığında ulduzlar görünər, amma gündüzün işığında itər. Həyatın mahiyyəti də məhz budur – ziddiyyətlər arasında gizlənmiş həqiqəti görmək və onu qəbul etmək.


Türkanə İsrafilli

Rəşad Dağlı əfv üçün müraciət edib? - Yaxınları danışdı BAFTA 2025: Qaliblərin tam siyahısı IX "Muğam” Televiziya Müsabiqəsi başlayır
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Mart 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri