Icma.az
close
up
RU
Zümrüd Quliyeva: “Düşünürdülər ki, qızlar qabağa gedə bilmir, onları yanıltdım” İdman və Biz

Zümrüd Quliyeva: “Düşünürdülər ki, qızlar qabağa gedə bilmir, onları yanıltdım” İdman və Biz

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bu döyüşə çox ciddi hazırlaşmışdım”.

Bunu İdman.biz-ə Azərbaycanın MMA döyüşçüsü Zümrüd Quliyeva deyib.

O, Qazaxıstanda keçirilən turnirdə qazandığı qələbəsini şərh edib. “Octagon-69” çərçivəsində qüvvəsini sınayan idmançı bildirib ki, döyüş sürprizlərlə dolu olub: “Müəllimlərimin dəstəyi ilə səhər-axşam məşq edirdim. İstər fiziki, istərsə də psixoloji olaraq bu döyüşə yaxşı hazırlaşmışdım. Əsasən də rəqibin boşluqları üzərində diqqətlə işləmişdik. Çünki əvvəlcədən onun döyüşlərini detallı şəkildə analiz etmişdik. Bu, mənə çox kömək oldu. Döyüşün əvvəlində rəqibi üstələdim, bir qədər sonra isə o məni üstələdi. Düzü, bu gedişat əvvəlcədən düşünülməmişdi. Ancaq vəziyyət dəyişəndə özümü itirmədim, ayağa qalxıb sona kimi mübarizə apardım və birinci raund bitməmiş qalib gəldim. Sonuncu fənd isə düşünülmüş texnika idi. Bilirdim ki, rəqib ayağıma girəcək və mən onu boğucu fəndlə məğlub edəcəm. Biz buna bir ay öncədən hazırlaşmışdıq”.

Döyüşçü növbəti yarışlarda bu uğurun ardını gətirəcəyinə inanır: “Bundan əvvəl Azərbaycan çempionu olmuşam. MMA-da başqa nailiyyətlərim də var. Ancaq bu mənim xaricdə ilk döyüşüm idi. Rəqibin 11 yaş böyük olmasına baxmayaraq, onu boğucu fəndlə məğlub etdim. Növbəti döyüşlərdə də çalışacacam ki, qələbə qazanım. Bəlkə də kimlərsə buna inanmır. Bu döyüşdən öncə də çoxları düşünürdü ki, bu idman növündə qızlar oğlanlar kimi qabağa gedə bilmir. Mən onları yanıltdım və yanıltmağa da davam edəcəm”.

Qeyd edək ki, ASED təşkilatını və “Simral” klubunu təmsil edəni Qasımova Qazaxıstanda keçirilən turnirdə yerli idmançı Rusalina Mulikova ilə qarşılaşıb. 52,2 kq çəkidə baş tutan görüş artıq ilk raundda başa çatıb. Zümrüd rəqibini boğucu fəndlə məğlub edib.

Aytac Sahəd
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Yanvar 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri