Zurabyan sülh sazişi haqda: Bu, İrəvan üçün daha ağır nəticələr doğura bilər...
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əgər həqiqətən sülh əldə olunarsa, hakimiyyətə gələcək heç bir real siyasi qüvvə bu variantdan imtina edə bilməyəcək.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Konqres Partiyasının sədr müavini Levon Zurabyan danışıb.
Zurabyan bildirib ki, normal siyasi qüvvələr beynəlxalq səviyyədə tanınmış öhdəliklərə sadiq qalmalıdır, çünki əldə olunmuş razılaşmaları pozmaq Ermənistan üçün daha ağır nəticələr doğura bilər.
O, baş nazir Nikol Paşinyanı xalqı “müharibə qorxusu” ilə manipulyasiya etməkdə ittiham edib:
“Onlar deyirdilər ki, müəyyən addımlar atılmasa, müharibə başlayacaq. İndi isə özləri bəyan edirlər ki, müharibə səhifəsi bağlanıb və sülh limanına çatmışıq”.
Zurabyanın sözlərinə görə, bunun müsbət tərəfi odur ki, Paşinyan komandası artıq müharibə qorxusundan siyasi alət kimi istifadə edə bilməyəcək və cəmiyyət hakimiyyəti məsuliyyətə cəlb etməyi tələb edə biləcək. Onun fikrincə, növbəti hakimiyyət də sülh yolunu davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 Avqust 2025 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















