Icma.az
close
up
RU
Bu, cəmiyyət üçün ciddi bir məsələdir və gələcəkdə daha ağır nəticələr doğura bilər” İlahiyyatçı

Bu, cəmiyyət üçün ciddi bir məsələdir və gələcəkdə daha ağır nəticələr doğura bilər” İlahiyyatçı

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

“Estetik əməliyyat üçün heç kim "bu günahdır", "haramdır" və ya "qadağandır" deyə bilməz. Çünki Quranda haramlar açıq şəkildə bəllidir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında ilhahiyyatçı Elşad Miri bildirib.
O qeyd edib ki, Nəhl surəsinin 116-cı ayəsinə görə, "bu halaldır, bu haramdır" deyə dilimizə gəldiyi kimi danışa bilmərik:
“Amma burun əməliyyatı məsələsinə gəlincə, bu gün insanlarda yeni bir düşüncə formatı yaradıblar. Estetik əməliyyatlar reklam edilərək insanın öz-özünü bəyənməməsinə səbəb olan bir vəziyyət yaradılır. Sanki insanın yaradılışı düzgün deyil, səhv yaradılıb və mövcud görüntüsünü dəyişməlidir.Belə bir fikir formalaşdırılır ki, filankəs kimi olmalısan, çünki ona baxanda gözəl görünür. Təəssüf ki, bu düşüncəyə aldanan çox sayda gənc qızlarımız var.Bu, cəmiyyət üçün ciddi bir məsələdir və gələcəkdə daha ağır nəticələr doğura bilər. Bəzi həkimlərimizə təşəkkür düşür.Estetik əməliyyata girməzdən əvvəl bəzi həkimlər pasiyentləri fərqli istiqamətə yönləndirir, onlara öz görünüşləri ilə barışmağı aşılayır, hətta psixoloqa müraciət etmələrini tövsiyə edirlər”.
İlahiyyatçı onu da vurğulayıb ki,cəmiyyətdə hər kəsin fərqli düşüncədə olduğunu nəzərə alsaq, bəzi həkimlər bu prosesi tamamilə fərqli şəkildə təqdim etməyə çalışırlar:
“Onlar pasiyentlərə "bu əməliyyatdan sonra belə görünəcəksən", "böyük dəyişiklik olacaq", "gözəllikdə filankəsləri ötüb keçəcəksən", "daha gənc və cazibədar olacaqsan" kimi vədlərlə yanaşırlar və nəticədə insanları aldadırlar. Artıq bu tendensiyanın təsirini açıq şəkildə görmək mümkündür. İnsanlara baxdıqda qaşların qeyri-təbii şəkildə qalxdığını, burun formasının standartlaşdığını və insanların bir-birinə oxşamağa başladığını müşahidə edirik. Hətta illərlə tanıdığımız bir insanın görünüşü tamamilə fərqli ola bilər. Məsələn, elə həkimlər var ki, normal şəkildə çəkilən fotolarında olduqca gözəl görünürlər. Təbii təbəssümləri onlara yaraşır. Lakin yandan və ya profildən çəkilən şəkillərini bəyənmədiklərinə görə öz görünüşlərini qəbul edə bilmirlər. Bu, nə dərəcədə doğru yanaşmadır? Təəssüf ki, bu cür hallar günümüzdə tez-tez yaşanır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Fevral 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri