Icma.az
close
up
RU
Azərbaycanın cənubunda təxribat: möhtəşəm cavab verildi! VİDEO

Azərbaycanın cənubunda təxribat: möhtəşəm cavab verildi! VİDEO

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Məqalənin ilk yayım tarixi: 31.10.2024, 14:49

Böyük Britaniyanın nüfuzlu media orqanı BBC-nin Azərbaycan şöbəsi cənub zonasında yaşayan talışlar arasında sorğu keçirib. Sorğu zamanı vətəndaşlara “talış dilində danışa bilirsiniz?”, “Bu dildən harada istifadə edirsiniz?”, “övladlarınız talış dilində təhsil ala bilirlər?” kimi suallar verilib.

“BBC Azərbaycan”ın məhz indi bu sorğunu keçirməsi, ya da öncədən keçirib, COP29-dan əvvəl yayımlaması diqqət çəkir. Verilən suallar və talışlardan “gözlənilən” cavablar sorğunun qərəzli və təxribat xarakterli olduğunu deməyə əsas verir.

Sorğuda iştirak edən vətəndaşlar kifayət qədər səmimi və real cavablar verirlər. Ən diqqətçəkən cavab isə süjetin başlığı kimi təqdim edilən ”talış dili mənim ana dilim, Azərbaycan türkcəsi isə dövlət dilimdir” ifadəsidir. Hesab edirəm, başda bu cavab olmaqla sorğuda iştirak edən talışların cavabı BBC-yə şillə kimi təsir edib.

Azərbaycan multikultural ölkədir və burada heç bir etnik azlığa qarşı ayrı-seçkilik edilməyib. Əksinə bütün etnik azlıqların mədəniyyəti vahid Azərbaycan mədəniyyətinin bir parçası hesab edilir. Bunun ən real göstəricisi Şuşa şəhərində keçirilən “Xarıbülbül” festivalında Azərbaycanda yaşayan bütün etnik azlıqların folklor və mədəniyyətinin nümayiş etdirilməsidir.

Talış xalqı da Azərbaycanın bir parçası, hətta aborigen etnoslarındadır. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük müharibə zamanı talış əsilli Azərbaycan vətəndaşları şəhid, qazi olub. Lakin görünən odur ki, Qərbdən təlimat alan dairələr talışlar və Azərbaycanda yaşayan digər xalqları separatçı ermənilərlə səhv salır. Bu səhv də özünü BBC-nin soğrusunda olduğu kimi göstərib.

BBC Azərbaycanın COP29 öncəsi talışlar arasında apardığı sorğu prinsip etibarilə “Vaşinqton Post” qəzetində növbəti anti-Azərbaycan xarakterli məqalə, 60-a yaxın amerikalı konqresmen və senatorun ABŞ hökumətinin Azərbaycana sanksiya tətbiq etməsi üçün Dövlət Departamentinə müraciət etməsi ilə eyni məntiq və məqsədlidir. COP29 tədbirini gözdən sala bilməyən dairələr indi də “Azərbaycanda talışlara qarşı etnik diskriminasiya edilir” təəssüratı yaratmaq istəyir.

Əslində talışları bu və ya başqa formada ayağa qaldırıb ölkə daxilində sabitliyi pozmaq planı hər zaman olub. Misal üçün bu ilin mart ayında İranın Rəşt şəhərində İslam Azad Universitetində “Talış – İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans keçirilib. Konfrans İranın Azərbaycanda etnik azlıqları, xüsusilə də talışları ayaqlandırmaq, onlara dini radikal ideologiya ilə yanaşı separatçı fikirlər aşılamaq məqsədi daşıyırdı. Həmin konfrasın əsas məruzəçi qismində çıxış edən Boris Talışinski özünü qondarma “talış muğan respublikası mühacir hökumətinin prezidenti” kimi təqdim edir.

“BBC Azərbaycan”ın sorğusunda iştirak edən vətəndaşlarımızın cavabları Azərbaycanda talışlar və digər etnik azlıqların vəziyyətinin real göstəricisidir. Müqayisə üçün deyim ki, bu gün Azərbaycanla yanaşı İranda da talışlar yaşayır. Hətta talışların sayı İranda daha çoxdur. Lakin BBC İranda belə sorğu keçirsə, inanıram, cavablar belə səmimi və real olmayacaq. Çünki İranda yaşayan talışlar ana dillərində təhsil almağı bir yana, danışmaqda belə sərbəst deyillər. Ümumiyyətlə, kürdlər, azərbaycanlılar, ərəblər, bəluclarla müqayisədə İranda talışların sayı az olduğu üçün onları bir xalq, etnos olaraq saymırlar. Lakin bu faktlar dilə gətirilmir.

Nəticə etibarilə xalqın gözü tərəzi, sözü isə həqiqətdir. “BBC Azərbaycan”ın COP29 öncəsi etdiyi bu sorğu isə açıq qərəz və təxribatdır!

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri