Bələdiyyə sədri qohumu tərəfindən iş yerində ÖLDÜRÜLDÜ FOTO
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin Kırıkkale şəhərinin Balışeyh rayonunun bələdiyyə sədri Hilmi Şenə qarşı silahlı hücum olub.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, silahlı hücumda Şen və sürücüsü ağır yaralanıb. Onlar aparıldıqları xəstaxanada dünyasını dəyişiblər.
Kırıkkale valisi Mehmet Makas xəstəxana qarşısında mətbuataaçıqlama verib. O, hadisənin səhər saatlarında Balışeyh bələdiyyə sədri Hilmi Şenin avtomobillə tikinti sahəsinə gedərkən cinayətkar tərəfindən qarşısının kəsildiyini ifadə edib:
"Əvvəlcə mübahisə düşdü, sonra silahlar ortaya girdi. Silahlı şəxs 5 nəfəri güllələdi. Onlar qısa zamanda xəstəxanaya çatdırıldı. Yaralananların arasında bələdiyyə sədri Hilmi Şen və onunla birlikdə işləyən dostumuz ağır yaralandı. Bütün müdaxilələrə baxmayaraq onları xilas etmək mümkün olmadı. Digər 3 yaralı yoldaşımız isə xəstəxanada müalicə altındadır".
Digər tərəfdən, iş adamına hücumu təşkil edən şəxsin qohumu E.Ş. imiş. Şübhəli polis qrupları tərəfindən hadisə yerində saxlanılıb.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 04 Noyabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















