Icma.az
close
up
RU
Cüdo üzrə dünya çempionatı Azərbaycanda

Cüdo üzrə dünya çempionatı Azərbaycanda

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2026-cı ilin iyun ayında Azərbaycan yenidən cüdo dünyasının mərkəzinə çevriləcək və Dünya Çempionatına ev sahibliyi edəcək.

QOL.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyası arasında müvafiq razılıq əldə edilib.

Qeyd edək ki, cüdo üzrə Los Anceles 2028 Yay Olimpiya Oyunlarına lisenziya təsnifat yarışlarına Bakıda keçiriləcək dünya çempionatı ilə start veriləcək.

Bu nüfuzlu tədbir, yeni Olimpiya dövründə  qlobal cüdo icması tərəfindən səbirsizliklə gözlənilir. Dünyanın çox sayda ölkəsindən ən güclü idmançılar paytaxt Bakıda mübarizə aparacaqlar.

Onu da vurğulayaq ki, Azərbaycan daha əvvəl 2018-ci ildə cüdo üzrə Dünya Çempionatına ev sahibliyi edərək, yüksək səviyyəli beynəlxalq idman tədbiri təşkil edib.

Beynəlxalq Cüdo Federasiyası tərəfindən dərc olunan məqalədə Bakının bu tədbirə ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı dəstəyi, eləcə də ölkənin idman təşkilatlarının birgə səyləri nəticəsində Azərbaycanın cüdo sahəsində güclü oyunçuya çevrildiyi bildirilir. Məqalədə, həmçinin, Hidayət Heydərov və Zelim Kotsoyevin Paris 2024 Olimpiya Oyunlarında qazandıqları qızıl medallar bu nailiyyətlərin zirvəsi kimi vurğulanır.

Azərbaycan Cüdo Federasiyası dünya səviyyəli infrastruktur, dərin idman ənənələri və coşğulu azarkeş kütləsi ilə idmançıları, rəsmi şəxsləri və cüdo həvəskarlarını Dünya Çempionatında qarşılamağı səbirsizliklə gözləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://qol.az
archiveBu xəbər 04 Noyabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see236

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see165

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see159

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see158

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri