Icma.az
close
up
RU

“İki bəy toy günü mənim kostyumumu geyinmək istəyib” Hacı Nuran

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lent.az “Məşhurların stili” adlı yeni rubrikasını təqdim edir. Bu rubrikada ölkəmizin tanınmış, sevilən insanlarının modaya münasibəti, geyim tərzi, zövqləri barədə danışacağıq. İlk qonağımız televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim Hacı Nuran Hüseynovdur.

Dosye: Nuran Nəriman oğlu Hüseynov 31 yanvar 1977-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.
Azərbaycan Dövlət Neft Akademiyasının məzunu, magistr, aspirant, elmlər namizədi və dosent adını qazanıb. Daha sonra Odlar Yurdu Universitetinə daxil olub. "Xeyir Körpüsü", "Vətənimdir Azərbaycan" və "Həyat" verilişinin aparıcısı olub, hazırda iki xeyriyyə layihəsinə rəhbərlik edir. "Həyat Fondu"nun rəhbəridir.

- Nuran bəy, insanlar arasında belə bir söhbət yaranıb, deyirlər sizin böyük geyim şirkətiniz var.

-  Şirkətim yoxdur, Hacı Nuran geyim brendim var. Yalnız özüm üçün geyimlər hazırlayıram. Geyim şirkəti yaratmağa fiziki olaraq vaxtım yoxdur. Bəlkə gələcəkdə oldu.

- Dizaynını özünüz verirsiniz, bəs tikmək işinə kim baxır?  

- Özüm tikirəm. Uşaqlıqdan buna həvəsim olub.

- Bu qədər rəngarəng, fərqli geyinmək həvəsi necə və nə vaxt yaranıb?

- Belə fərqli  geyinmək əslində seçilmək üçün deyil. Uşaqlıqdan sevirəm bunu. Bir dəfə məktəbə gedəndə tələsib sviterin üstündən köynək geyinmişdim. Baxdım ki, pis görünmür. Sonra davamlı belə geyinməyə başladım. Hamı qışda qalın jaketlərdə, sviterlərdə, mən köynəkdə gəzirdim. Soruşurdular ki, sənə soyuq deyilmi? Gözəl köynəklər geyinib onları nümayiş etdirirdim və üşümürdüm. Belə-belə, bu həvəsim böyüdü. Sonra qeyri-adi qalstuklar, iki yaxalı köynəklər hazırladım. Bunları özüm kəşf eləmişəm.
Bunu deyərək Hacı Nuran geyindiyi köynəyin üst-üstə tikilmiş çox xoş görünən yaxalığını və qeyri-adi qalstukunu göstərir. Çiçəkli parçadan hazırlanmış qalstukun içərisində qara rəngli daha bir qalstuk var. O istədiyi anda bu kombini yeniləyə bilir.

- Sizin bu modellərinizi xaricdən almaq istəyən olub?

- Xaricdən istəyən olmayıb. Lakin Bakıda olub. Hətta iki bəy məndən xahiş ediblər ki, toyda sizin geyindiyiniz kostyumu geyinmək istəyirəm. Mən də öz şəxsi paltarımı hədiyyə etmişəm.

Bir neçə dəfə “Planet parni iz Baku”, “Bozbash Pictures”in aktyorları kostyumlarımdan istifadə ediblər.

- Arzunuzu reallaşdırıb geyim fabriki açsanız, sizin geyimlər çox bahalı olacaq, yoxsa hamı üçün əlçatan?

- Satışa çıxarmaq üçün gərək bazara işləyəsən. Mənim də ona vaxtım yoxdur. Bahalı olsa, kim onları alacaq? İstəyərəm hər kəsin tələbatını ödəsin, istəyənlər ala bilsinlər. Düzünü deyim, heç qiymət barədə düşünməmişəm. Buna vaxtım var ki?!

- Vaxt demişkən, özünüzə zaman ayıra bilirsiniz?

- Yox, özümə zaman tapa bilmirəm. Çalışırıq, insanlara dəstək olaq. Şəhid ailələrinə görüşürük. Bu ailələr ağır travmalar keçiriblər. Onlara göstərilən diqqət bu ailələr üçün bayramdır. Sağalmalarına yardım etdiyimiz ailələr, köməyimiz çatan hər kəs bizimlə dostluq edir, görüşməyə can atır. Biz də bacardıqca əlaqə saxlayırıq. Çox istərdim heç kim xəstələnməsin, amma xəstələnəndə də əllərindən tutan kimsə olsun.

- Hacı Nuranın bir günü necə keçir?

- Hər gün səhər tezdən üzgüçülüklə məşğul oluram, sonra çəkilişlər tədbirlər, görüşlər, Bax belə bir də görürsən gün bitir.

- Bu gərgin iş rejiminizdə bizə zaman ayırdığınız üçün təşəkkür edirik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Noyabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri