MƏNƏ KİM CİNAYƏT İŞİ AÇIR?! Ramiz Mehdiyevdən qəzəbli açıqlama AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı araşdırmalar aparılıb və külli miqdarda yeyintilərin olduğu üzə çıxıb. Həmin yeyintilərin AMEA-nın sabiq sədri Ramiz Mehdiyevin dövründə baş verdiyi qeyd edilib.
Manset.az AMEA-nın sabiq sədri Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında sözügedən mövzu ilə bağlı suallardan yayınmağa çalışıb:
"Kimdir danışan? Sizə deyirəm, danışan kimdir? Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? İşinizlə məşğul olun".
Qeyd edək ki, aşkar edilmiş qanun pozuntuları və yeyintilərin olması ilə bağlı araşdırmalar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və cinayət işi başlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 04 Noyabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















