Icma.az
close
up
RU
Cibimizə qənaət, ətraf mühitə FAYDA Əhali yaşıl enerjiyə niyə “yaşıl işıq” yandırmır?

Cibimizə qənaət, ətraf mühitə FAYDA Əhali yaşıl enerjiyə niyə “yaşıl işıq” yandırmır?

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaşıl iqtisadiyyata keçid Azərbaycan höküməti üçün prioritetdir. Hətta Azərbaycan yaxın gələcəkdə Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyib. Bunun üçün ölkəmizdə zəruri infrastruktur yaradılır. Hazırda ölkənin enerjiyə tələbatının 15 faizə yaxını yaşıl enerji hesabına ödənilir.
Amma nədənsə yaşıl enerjiyə keçid siyasətinə ictimai dəstək yetərli səviyyədə deyil. Belə ki, ölkəmizdə sahibkarların “yaşıl enerji”yə marağı o qədər də yüksək deyil.

Halbuki inkişaf etmiş ölkələrdə hara baxsan, yaşıl enerjidən istifadə nümunələrini görmək olar.

Amma Azərbaycanda özəl sektorda bu istiqamətdə təşəbbüslər çox azdır.

Doğrudur, yaşıl enerjinin istehsalını təşkil etmək müəyyən xərclər tələb edir. Lakin istehsal başlayandan sonra hasil olunan enerjidə maya dəyər olduqca ucuz başa gəlir. Üstəlik, yaşıl enerji ekologiyanın qorunması üçün də mühüm əhəmiyyət kəsb edir.
Bəs, yaşıl enerjiyə ictimia maraq niyə azdır?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, yaşıl enerjidən istifadə dövlət tərəfindən diqqət mərkəzində saxlanılır:
“Son illərdə ölkəmizdə günəş və külək enerjisi üçün xeyli poliqon hazırlanıb. Lakin dövlətin həyata keçirdiyi siyasətə ictimai dəstək yox dərəcəsindədir. Dünya ölkələrində fərdi evlər, özəl sektor 30 ildir ki, günəş və külək bateriyalarından istifadə edir. Qardaş Türkiyədə demək olar ki, hər kəs bu enerji növündən yararlanır. Hansı tikilinin üzərinə baxsan, günəş panellərini görərsən.
Amma bizdə bu sahədə bir sistem yoxdur. Özəl sektorda və yaşayış binalarında günəş panellərindən istifadə hallarına rast gəlinmir. Doğrudur, bu prosesə biz bir qədər gec başlamışıq. Amma gec başlasaq da dünyanın müasir texnologiyalarından istifadə edib nələrsə yarada bilərik.
Nəzərə alaq ki, günəş və külək enerjisinin bazasını qurmaq bir qədər vəsait tələb edir. Lakin qurğu işə düşəndən sonra il boyu pulsuz enerjidən istifadə etmək olur. Məktəblər, bağçalar, xidmət və hətta istehsal sahələrində yaşıl enerjinin nailiyyətlərindən uğurla yararlanmaq olar. Təəssüf ki, bu sahədə təşəbbüslər çox azdır. Eyni zamanda maarifləndirmə işi yoxdur. Halbuki dünyanın sabahı yaşıl enerji üzərində qurulur”.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Dekabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri