Icma.az
close
up
RU
Moldovada prezident seçkilərində Mayya Sandu qalib gəlir

Moldovada prezident seçkilərində Mayya Sandu qalib gəlir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moldovanın hazırkı Prezidenti Mayya Sandu noyabrın 3-də keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlir.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saytında dərc olunan ilkin məlumatlara görə, bu gün səhərədək səsvermə protokollarının 99,86 faizi hesablanıb. Mayya Sandu 55,41 faiz, onun rəqibi, Moldovanın sabiq baş prokuroru Aleksandr Stoyanoqlo isə 44,59 faiz səs toplayıb.

Moldovada keçirilən seçkilərdə 1 milyon 679 min 293 seçici iştirak edib. Seçkidə iştirak səviyyəsi 54,31 faiz olub.

Müxalifətin Sosialistlər partiyasının namizədi Aleksandr Stoyanoqlo məğlubiyyətini etiraf edərək, verdikləri dəstəyə görə tərəfdarlarına təşəkkür edib.

Mayya Sandu Moldova daxilində keçirilən seçkilərdə 48,81 faiz, Aleksandr Stoyanoqlo isə 51,19 faiz səs toplayıb. Müxalifətin təmsilçisi Qaqauz muxtariyyətində 97 faiz, Dnestryanı bölgədə isə təxminən 80 faizə yaxın səs toplayıb.

Ölkənin hazırkı Prezidenti rəqibinə xarici ölkələrdə keçirilən səsvermə sayəsində qalib gəlib. Xaricdə yaşayan və seçkilərdə iştirak edən 328 min 877 moldovalı ümumi seçicilərin 20 faizindən çoxunu təşkil edir və onların 270 mindən çoxu (83 faizi) Mayya Sanduya səs verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see223

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see208

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see192

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

27 Oktyabr 2025 20:45see161

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see155

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see152

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see148

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see143

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see140

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see139

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

28 Oktyabr 2025 00:44see135

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see134

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see133

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see131

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see130

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

27 Oktyabr 2025 20:22see130

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see128

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see126

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see125

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri