Müdafiə Nazirliyinin generalı vəzifəsindən azad olundu Yerinə təyinat
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Müdafiə Nazirliyində daha bir yüksəkrütbəli general işdən azad olunub.
“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, generalın yerinə artıq təyinat da var. Başqa əmrlə polkovnik Azər Heybətli sözügedən idarənin rəisi təyin edilib.
Azər Heybətli Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi olub.
Qeyd edək ki, general Elçin Xəlilovun qardaşı Fuad Xəlilov da Ali Hərbi Məktəbin maliyyə xidmət rəisi işləyib. Bir müddət əvvəl Fuad Xəlilov Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə şahid qismində ifadə vermişdi.
Sail Ağasəlim
Fotoda: Azər Heybətli
Baxış sayı:59
Bu xəbər 04 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















