Neft və Sənaye Universiteti ilə Qazaxıstanın ali təhsil müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbərliyi Qazax Milli Universitetində keçirilən “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”də iştirak edib. Tədbir QS Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, pre-sammit çərçivəsində universitetin rektor əvəzi dosent Vazeh Əskərov bir sıra görüşlər keçirib.
Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbeklə keçirilən görüşdə müasir təhsil sahəsindəki yeniliklərdən bəhs edilib.
V.Əskərovun Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru professor Janseit Tuymabayevlə görüşündə əməkdaşlıq məsələləri, professor-müəllim heyəti, tələbələr və əməkdaşların mübadilə proqramları müzakirə edilib.
ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov sammit çərçivəsində, həmçinin “Quacquarelli Symonds”un (QS) regional direktoru Sergey Xristolyubovla və agentliyin məsul şəxsləri ilə görüşüb. Əməkdaşlıq əlaqələrinin müzakirə olunduğu görüşdə ADNSU-nun QS reytinqində ön sıralara irəliləməsinin daha uğurlu perspektiv vəd etdiyi diqqətə çatdırılıb.
Neft və Sənaye Universitetinin rektor əvəzi Qazaxıstan-Britaniya Universitetinin rektoru ilə Qabdullin Maratbeklə görüşüb. Tərəflər əməkdaşlıq imkanlarını müzakirə ediblər, birgə elmi tədqiqat işlərinin aparılması, elmi layihələrin icrası barədə fikir mübadiləsi aparıblar. Həmçinin əməkdaşlıq istiqamətləri üzrə müvafiq yol xəritəsinin hazırlanmasının vacibliyi qeyd edilib.
Nümayəndə heyəti Qazax - Britaniya Texniki Universitetini gəzib, universitetin maddi-texniki bazası ilə tanış olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 04 Noyabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















