Musiqi dərslərinin təəccüblü faydaları açılıb...
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
...Musiqi öyrənmək uşaqların və yeniyetmələrin psixi sağlamlığını və ümumi rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
SİA-nın əldə etdiyi məlumata görə, Edit Kouan Universitetinin tədqiqatçıları musiqi təhsilinin rolu ilə bağlı 30 elmi məqaləni təhlil etdikdən sonra bu qənaətə gəliblər. Onların rəyi “Research Studies in Music Education” jurnalında dərc olunub.
Alimlər qeyd edirlər ki, sadəcə musiqiyə qulaq asmaqdan fərqli olaraq, qalıcı müsbət effekt verən aktiv öyrənmə - alətlərdə ifa etmək, bəstələr yaratmaq, ansambllarda iştirak etməkdir.
Müntəzəm olaraq musiqi ilə məşğul olan məktəblilərin özünə inamı yüksəlir, emosional sabitlik inkişaf edir və dərsə həvəsi artır.
Musiqi dərsləri həm də dostluq münasibətləri qurmağa və cəmiyyət hissi yaratmağa kömək edir.
Tədqiqatçılar hesab edirlər ki, musiqi dərslərində təhlükəsiz, ruhlandırıcı atmosfer yaratmaq xüsusilə vacibdir. Məhz bu şərtlər özünü ifadə etməyə, əzmkarlığın inkişafına, özünə və başqalarına müsbət münasibətin formalaşmasına kömək edir. Tədqiqatın müəllifləri məktəbləri kurrikulumda musiqinin roluna yenidən baxmağa çağırırlar.
Musiqi dərsləri, onların fikrincə, istəyə bağlı bir kurs kimi deyil, bədən tərbiyəsi və sosial proqramlarla yanaşı, uşağın inkişafının zəruri hissəsi kimi qəbul edilməlidir.
Nazlı Almuradova


