Icma.az
close
up
RU
1 avro 2 manat OLACAQ?

1 avro 2 manat OLACAQ?

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Məlum olduğu kimi Avropa Mərkəzi Bankı bu gün hər üç əsas faiz dərəcəsini 25 baza bəndi endirib. Bununla da Avropa Mərkəzi Bankı pul siyasətinin əhəmiyyətli dərəcədə yumşaldılmasını qeyd edib.
 

Tənzimləyicinin bəyanatında qeyd edilib ki, hazırda depozit dərəcəsi 2,5%, əsas yenidən maliyyələşdirmə əməliyyatları (MRO) dərəcəsi 2,65%, marja krediti dərəcəsi isə 2,9% təşkil edir.


Qeyd edək ki, son günlərdə avronun bahalaşması müşahidə olunur. Fevralın 7-nə olan valyuta məzənnələrinə əsasən, 1 avro 1,8382 manata çatıb. Sözügedən artım fonunda avronun 2 manata qədər yüksəlməsi ilə bağlı iddialar da səsləndirilir.
Bəs bu addım avronun dollar qarşısında dəyər qazanmasına səbəb olacaqmı?
Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, son bir neçə gündür avro dollar qarşısında dəyər qazanır:
“Bu trendlərin nə qədər davam edəcəyini və hansı dərəcəyə qədər yüksələcəyini demək çətindir. Bu daha çox FED-in növbəti iclasından sonra məlum olacaq. Onlar faizləri yenə aşağı salsalar, o zaman dolların ucuzlaşması baş verə bilər. Belə olan halda, avro daha çox dəyər qazana bilər”.
Müsahibimiz əlavə edib ki, Azərbaycanda dollardan başqa bütün məzənnələr manatın dollara olan nisbətinə və dolların digər valyutalara olan nisbətinə görə hesablanır:
“Yəni Azərbaycan manatının birbaşa avroya, rubla və digər valyutalara nisbətdə məzənnəsi müəyyənləşdirilmir. Bizdə çarpaz məzənnə sistemidir. Yəni dolların digər valyutalara qarşı nə qədər məzənnə dəyişiklikləri olursa, manat ekvivalentində də bir o qədər məzənnə dəyişikliyi olur. Bir sözlə, manat dollar indekslidir”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Mart 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see231

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see220

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see218

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see216

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see210

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see204

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see202

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see198

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see193

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see192

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see190

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see187

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see187

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see186

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see185

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see184

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see180

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri