Icma.az
close
up
RU
1 dollar 1,08 manat OLACAQ?

1 dollar 1,08 manat OLACAQ?

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nüfuzlu “The Economist” jurnalına görə, “Big Mac” indeksi Azərbaycanda manatın dəyərinin hələ də aşağı qiymətləndirildiyini deyir. 2025-ci ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda bir “Big Mac” 6.24 manata satıldığı halda, ABŞ-də eyni burgerin qiyməti 5.79 dollar təşkil edir. Bu, manat üçün nəzəri məzənnənin 1.08 olduğunu göstərir. Lakin real məzənnə 1.70 olduğu üçün manatın 36.6% aşağı qiymətləndirildiyi hesab edilir.
Nəzərə alaq ki, “Big Mac” İndeksi qlobal valyutaların dəyərini müqayisə etmək üçün qeyri-rəsmi, lakin geniş istifadə olunan göstəricidir.
1 dollar əslində 1,08 manatdır?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Fuad İbrahimov deyib ki, istənilən valyutanın məzənnəsini şərtləndirən amillər var:
“Üstəlik, hər bir valyutanın real dəyəri, alıcılıq qabiliyyəti var. Misal üçün 10 manata biz Azərbaycanda və yaxud ABŞ-da nə ala bilərik?! Bununla yanaşı məzənnəyə təsir edən iqtisadi amillər var. Məsələn, ölkəmizin idxal-ixrac əməliyyatlarına baxsaq müsbət saldoda olduğumuzu görərik. Bu da manatın möhkəmlənməsinə şərait yaradır. Yəni istəsək, manatın məzənnəsini qaldıra bilərik. Təbii ki, bu üzən məzənnə rejimində mümkündür. Amma nəzərə alaq ki, manatın məzənnəsi adminstrativ yolla idarə olunur. Təsadüfi deyil ki, 10 ilə yaxındır ki, 1 manat 59 sent səviyyəsində saxlanılır.
Nəzərə alaq ki, bizim manatın məzənnəsi daha çox neft amili ilə bağlıdır. Neft bahalaşdıqca manat möhkəmlənir.
Amma nefti bir kənara qoysaq, bizim idxal-ixrac əməliyyatında mənfi saldo qaçılmazdır. Belə vəziyyətdə isə üzən məzənnəyə keçmək risklidir. Bu mənada “Big Mac” indeksi məcazi bir ölçü formatıdır. Bu formatın iqtisadi əsasları yoxdur. Bununla belə dollarla müqayisədə manatın məzənnəsinin 1,7 həddində saxlanılması doğru addımdır”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Mart 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri