“1 ci Uşaq Teatr Festivalı” başlayır
Icma.az, Kulis.az portalına istinadən məlumat verir.
Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü ilə martın 10-dan 17-dək 6-14 yaş arası uşaqlar üçün “1-ci Uşaq Teatr Festivalı” keçiriləcək.
Kulis.az xəbər verir ki, bu tədbir Azərbaycan xalq nağıllarının yaşadılması və yeni nəslin mədəniyyətə marağının artırılması məqsədini daşıyır.
Festival çərçivəsində 15 komanda iştirak edəcək. Komandalar tərəfindən təqdim olunacaq tamaşalar 20-35 dəqiqə davam edəcək və yalnız Azərbaycan xalq nağılları əsasında hazırlanacaq.
Festivalın məqsədi mədəni irsimizi qorumaqla yanaşı, uşaqlara komanda şəklində işləmə bacarıqları qazandırmaq, səhnə mədəniyyəti ilə tanış olmalarına və öz istedadlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır.
Qeyd edək ki, layihənin ideya müəllifi Azərbaycan İncəsənət Məktəbinin (AİM) direktoru Tural Əliyevdir.
Nəfs, siyasət və deqredasiya - İnsan necə dəyişilir? Ən çox qazanan animasiya filmi Yeni layihə: "Milli kitab 10-luğu"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 07 Mart 2025 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















