Icma.az
close
up
RU
Avropa İttifaqı onun Putini dayandıracağına inanır

Avropa İttifaqı onun Putini dayandıracağına inanır

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqı ölkələrinin uzun müddətdir Çindən gözləntiləri var idi ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dayandırmaq üçün Kremlə təsir imkanlarından istifadə edəcək. Ancaq Pekin heç bir addım atmadı. Əksinə, Pekin Rusiya-Ukrayna müharibəsindən faydalanıb. Birincisi, müharibə Rusiyanı Çindən asılı vəziyyətə salıb. Rusiya Avropadan ala bilmədiyi məhsulları, texnologiyaları Çindən əldə edir. İkincisi, müharibə ABŞ-ın Çinə qarşı siyasətini yumşaltmağa səbəb olub.

Bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin analitiklərinin fikrincə, belə vəziyyətdə Avropada anlayıblar ki, Pekin Kremlin siyasətinə təsir etməyəcək:

"Brüsselin yeni gözləntisi Dehlidəndir. Polşa Baş naziri Donald Tusk Hindistana səfəri zamanı bu ölkənin Baş naziri Narendra Modi ilə Rusiya-Ukrayna müharibəsiylə bağlı geniş fikir mübadiləsi aparıb. Ukrayna ilə həmsərhəd olan Polşa müharibədə Kiyevə həm diplomatik, həm hərbi, həm də humanitar dəstək verir. Ancaq Ukraynanın müharibədə məğlub olmaması üçün yalnız Polşanın səyləri kifayət etmir. Modi Tuskla görüşdə Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyəcəyini bildirib. Tusk Hindistanın müharibə ilə bağlı konstruktiv rol oynaya biləcəyini ümidlidir. Hindistan Rusiya ilə Ukrayna arasında enerji infrastrukturuna zərbələrin dayandırılması, həmçinin taxıl və yanacaq daşıyan gəmilərin qorunması ilə bağlı plan hazırlayıb.

Tuskun Hindistanla səfərinin bir məqsədi iki ölkə arasında əməkdaşlığı dərinləşdirməkdirsə, ikinci məqsədi Dehlinin Ukrayna müharibəsində Avropa İttifaqının mövqeyini nəzərə almağa inandırmaqdır. Hindistan gərginliyin azaldılmasına və danışıqlar üçün şəraitin yaradılmasına kömək edə bilər, ancaq sülhə zəmanət verə bilməyəcək. Digər tərəfdən, Dehli müharibənin dayandırılmasına və sülhün əldə olunmasına çalışsa da, Rusiya ilə sıx əlaqələrdən imtina etməyəcək. Dehlinin Kremlə çıxışının olması, onun Rusiya Prezidenti Vladimir Putinə və onun qərarlarına təsir edə biləcəyi anlamına gəlmir. Modi Putinlə görüşdə ona açıq söylədi ki, müharibə çıxış yolu deyil və danışıqlara üstünlük verilməlidir. Ancaq bu Putinin müharibəyə baxışını dəyişdirmədi.

Buna baxmayaraq, Brüssel Dehlinin Moskva dialoq imkanlarının faydalı olacağı qənaətindədir. Halbuki Hindistanın Avropanın təkidi ilə öz maraqlarını qurban verməsi ehtimalı azdır. Dehli Moskva ilə siyasi və müdafiə sahəsindəki əlaqələrini qoruyub saxlayıb, həmçinin dialoq və diplomatiyaya çağırış edib, həmçinin Qərbin sanksiyalarına tam qoşulmaqla bağlı təzyiqlərə qarşı durub”.

///teleqraf///

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 Oktyabr 2026 02:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri