Tramp: Lazım gəlsə, İrana yenidən hücum edərəm
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp zərurət yaranacağı təqdirdə İrana yenidən hərbi zərbə endirməkdən çəkinməyəcəyini bildirib.
Tramp bu barədə Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
"Dünən məndən soruşdular ki, yenidən belə bir vəziyyət yaransaydı, İrana hücum edərdinizmi? Cavab verdim ki, şübhəsiz. Bu, indiyədək gördüyüm ən böyük işlərdən biridir”, – ABŞ lideri deyib.
Tramp ABŞ-nin İranla müharibəyə başlamadığını iddia edib.
"Amerika İranla müharibəyə başlamayıb. İran 1979-cu ildən bəri Amerikaya qarşı müharibə aparır”, – o bildirib.
ABŞ Prezidenti İranın nüvə silahına sahib olmaq imkanlarının tamamilə aradan qaldırılması istiqamətində daha böyük qələbəyə yaxın olduqlarını da iddia edib.
"Hazırda İran üzərində daha böyük qələbənin və onun nüvə silahına sahib olmaq imkanını birdəfəlik aradan qaldırmağın astanasındayıq”, – Tramp vurğulayıb.
O, həmçinin İranla müharibə yaxın vaxtlarda başa çatdıqdan sonra ABŞ-də benzinin qiymətinin kəskin ucuzlaşacağını proqnozlaşdırıb.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 28 Oktyabr 2026 02:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















