Icma.az
close
up
RU
1 ci yer tutmuş milyarderlərimiz: 3 cü yerdəki erməni milyarder: FƏRQİMİZ

1 ci yer tutmuş milyarderlərimiz: 3 cü yerdəki erməni milyarder: FƏRQİMİZ

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Artıq bir neçə gündür Rusiya mediası 2024-cü ilin nəticələrinə əsasən siyahıya alınan Rusiyanın varlı şəxslərində yazır.
Nüfuzlu “Forbes” jurnalının rus versiyası ötən ilin daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən iş adamları daxil edilən siyahıda Azərbaycan əsilli sahibkar Qod Nisanov və Zaxar İliyev birinci yerdə qərarlaşıb. Beləki, hər iki milyarderin "Kiyevskaya ploşad" şirkətinin illik icarə gəliri 2 milyard dollar olub.


2014-cü ilə qədər dünyanın ən zəngin ermənisi “Craysler” avtomobil şirkətinin ən böyük səhmdarı, Las Veqasda kazino və mehmanxana şəbəkəsinə malik 97 yaşlı Kirk Kirkoryan (3,3 milyard dollar) hesab olunurdusa, o öldükdən sonra "Taşir" şirkətlər qrupunun təsisçisi, milyarder Samvel Karapetyan dünyanın ən varlı ermənisi  seçildi və o, bu il siyahıda 3-cü yerə sahib olub. Yəni, 2024-cü ildə Taşirin kirayədən gəliri 685 milyon dollar (2023-cü ildə - 640 milyon dollar, 2022-ci ildə - 600 milyon dollar) olub.
erməni milyarderin hazırda 685 milyon dollarlıq səltənəti var.
Rusiyanın sənaye və tikinti sektorunda məşhur olan “Taşir” Şirkətlər Qrupunun əsas fəaliyyəti kommersiya əmlakının inşası və idarə olunmasıdır. Qrup öz fəaliyyətini digər sahələrdə – maliyyə, enerji, istehsal, otel və restoran biznesində də həyata keçirir. Rusiyanın 13 şəhərində ticarət mərkəzivar.Ermənistanda isə 16-sı fəaliyyət göstərir.
“Taşir” Şirkətlər Qrupuna çox profilli 200-dən çox şirkət daxildir.


Samvel Karapetyan dünyanın ən zəngin ermənisi olmaqla bərabər, həm də Ermənistanda böyük biznes maraqları olan şəxsdir. Samvel Karapetyan 2000-ci ildə “Taşir” Xeyriyyə Fondunu qurduqdan sonra Rusiyada qazandığı maliyyə vəsaitlərini Ermənistan və Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin investisiya layihələrinə yatırırdı. 2020-ci ildə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdən azad edilməsi üçün girovun bir hissəsini Samvel Karapetyan ödəyib.
Şəxsi sərvəti Ermənistanın dövlət büdcəsaindən 2 dəfəyə yaxın çox olan Samvel Karapetyan Ermənistan hakimiyyətinin çəkindiyi və bütün istəklərini həvəslə yerinə yetirdiyi biznesmen kimi tanınır.
Azərbaycan isə onu ”Qarabağa qanunsuz yollarla silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika, əsgəri ləvazimatlar daşıdığına görə tanıyır. Hətta Tovuz döyüşlərində Rusiyanın Ermənistana 400 tondan çox silah və hərbi texnika verməsində Rusiyada yaşayan bu 3 milyarderin : Samvel Karapetyanın , Ara Abramyanın, Ruben Vardaryanın adı hallanırdı. S. Karapetyanın bütün bu işlərə görə ittiham olunaraq Azərbaycan Respublikası tərəfindən beynəlxalq axtarışa verildi.
Həmin günlərdə milyarder erməni həm də tibb işçilərinin peşə bayramı münasibətilə Ermənistanın Təcili Yardım Xidmətinin əməkdaşlarına 300 min ABŞ dolları hədiyyə etdi.
Amma bundan əvvəl -2016-cı ildə Karapetyan Qarabağda 4-cü uşağı doğulan ailələrə yardım ayırdı. 254 ailənin hər birinə 4 min dollar hədiyyə verdi. Karapetyan bu aksiya üçün 852 min dollar pul ayırıb.  
Yenə də xatırladım: 2012-c ilin oktyabrında Yerevanın mərkəzində ölkədə ilk iri ticarət kompleksi – “Dalma Garden Mall” istifadə verilib. Prezident Serj Sərkisyanın açılışında iştirak etdiyi kompleks 43 min 500 kvadrat metr ərazini əhatə edir və 52 milyon dollara tikilib. Tikintinin bütün maliyyə xərcini Samvel Karapetyan ödəyib. Bununla yanaşı, Karapetyana məxsus “Taşir” şirkəti 2011-ci ildən bəri dəyəri 25 milyon dollar olan Yerevan sirkinin yeni binasını tikdi. “Taşir” şirkətinin xeyriyyə işləri ilə məşğul olan strukturları ölkənin müxtəlif bölgələrində iri təhsil-səhiyyə obyektlərinin tikintisini gerçəkləşdirirlər. Hər il keçirilən “Hayastan” Ümumerməni Fondunun telemarafonlarına Karapetyan milyonlarla vəsait ayırır.
Yəqin bunu da xatırlayırsınız ki, 4 avqust 2020-ci ildə Beyrut limanında baş verən partlayışdan sonra Samvel Karapetyan Beyrut ermənilərinə dəstək verəcəyini elan etdi və zədələnən Müqəddəs Gevorg Kilsəsinin bərpasına 200 min dollar ayırdı.
Yəqin ki, yeni qazancından ermənilərə növbəti yardım və hədiyyələrini göndərəcək, Ermənistandan xeyirxah əməllərini əsirgəməyəcək.
P.S. Milyarderlər siyahısında milyardlarına görə birinci yerə çıxan Qod Nisanov və Zaxar İliyevin, eləcə də digər milyonerlər:Vahid Ələkbərovun, Araz Ağalarovun, Fərhad Əhmədovun, İlham Rəhimovun Azərbaycanda etdiyi xeyriyyə əməllərinin, yardım və dəstəklər haqqında məlumatları isə oxucularımızdan gözləyirik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Fevral 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri