Icma.az
close
up
RU
1 hektar pambıq 25 manata, 1 qoyun 7 manata sığortalanır Zərdabda fermerlərlə görüş

1 hektar pambıq 25 manata, 1 qoyun 7 manata sığortalanır Zərdabda fermerlərlə görüş

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən sərfəli aqrar sığorta mexanizmi ilə bağlı əhali və fermerlərin maarifləndirilməsi davam edir. Bu işlər çərçivəsində Zərdab rayonunda fermerlərlə növbəti görüş keçirilib. Aqrar Sığorta Fondu və Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirilən görüşdə kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərən fermer, sahibkarlar və təsərrüfat nümayəndələri iştirak ediblər.

Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova rayonun kənd təsərrüfatı haqqında məlumat verib. Qeyd edib ki, Zərdab rayonunun iqtisadiyyatının böyük hissəsi – 60 faizi kənd təsərrüfatının payına düşür, rayon əhalisinin isə 80 faizi kəndlərdə yaşayır.

Zərdabda 33 min hektardan artıq əkin sahəsinin böyük hissəsi – təqribən 29 min hektarı taxıl və yem bitkilərinin payına düşür. Buğda-arpa əkilən ərazilər 14 min hektardan artıqdır. Bundan başqa, rayonda 3100 hektar sahədə pambıq, 505 hektar qarğıdalı, 380 hektar çəltik, təqribən 700 hektar sahədə isə kartof, tərəvəz və bostan bitkiləri əkilir. O, rayonda dolu, leysan və subasma kimi halların əkinlərə zərər vurduğunu xatırladaraq, fermerləri əkin sahələrini sığorta etməyə çağırıb.

Görüşdə iştirak edən Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri İdayət Zeynalov bildirib ki, aqrar sığorta mexanizmi ölkədə kənd təsərrüfatına və fermerlərə dəstək vermək, müxtəlif hadisələr nəticəsində təsərrüfatlara dəymiş zərəri qarşılamaq üçün işə düşüb. Prezident İlham Əliyevin 2019-cu il 19 avqust tarixli Fərmanı ilə yaradılan Aqrar Sığorta Fondu əkin sahələri, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını müxtəlif risklərdən sığortalayır. Bura təbiət hadisələri, dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti və sair aiddir. Heyvandarlıq təsərrüfatları isə əlavə olaraq yoluxucu xəstəliklər, yemdən və otdan zəhərlənmə, ilan və həşərat sancması kimi risklərdən sığortalanır. Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.

İdayət Zeynalov qeyd edib ki, 5 ildir fəaliyyətə başlayan Aqrar Sığorta Fondu bütün ölkə üzrə ödənişlər həyata keçirir. Təkcə 2025-ci ilodə dəymiş zərərlər üzrə 9,2 milyon manat ödəniş edilib ki, bunun da 8,8 milyon manatı bitkiçilik, 400 min manatı isə heyvandarlıq təsərrüfatlarının payına düşür.

Aqrar Sığorta Fondunun nümayəndəsi fermerləri, xüsusilə də pambıq əkini ilə məşğul olanları öz təsərrüfatlarını sığortalamağa dəvət edib.

Tədbirdə Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, ayrı-ayrı bitkilərin sığortalanması qaydaları və şərtləri barədə təqdimat edilib. Bildirilib ki, Mərkəzi Aran regionuna daxil olan Zərdab ölkədə aqrar sığorta haqlarının ən aşağı olduğu rayonlardandır. Dövlətin fermerlərə 50 faizlik dəstəyini də nəzərə aldıqda, Zərdab rayonunda 1000 manatlıq 1 hektar buğda sahəsinin sığortalanması cəmi 7,4 manata, 3000 manatlıq 1 hektar pambıq sahəsinin sığortası isə fermerə cəmi 15 manata başa gəlir.

Heyvandarlıq təsərrüfatlarında isə 1000 manatlıq mal-qaranın illik sığortası 24 manat, 300 manatlıq xırdabuynuzlu heyvanın sığortalanması isə cəmi 7 manata başa gəlir.

Tədbirdə bildirilib ki, Zərdab rayonunda 100 min manata yaxın sığorta ödənişi edilib, bununla 55 min manatı heyvnadarlıq təsərrüfatı üzrə, 45 min manata yaxın hissə isə bitkiçilik üzrə həyata keçirilib. Sığorta ödənişləri pambıq və arpa sahələrinə dolu, leysan və sel-subasma nəticəsində dəymiş zərərlər üzrə ödənilib. Heyvandarlıq zərərləri isə yemdən zəhərlənmə və yoluxucu xəstəliklər üzrə edilib.

Xüsusi olaraq qeyd edilib ki, 2025-ci ildə Aqrar Sığorta Fondu tərəfindən pambıq sahələrinə dəymiş zərərlər üzrə fermerlərə 960 min manata yaxın ödəniş olunub.

Aqrar sığorta ilə bağlı məlumatlar, xüsusilə ödəniş şərtləri fermerlərin böyük marağına səbəb olub. Aqrar Sığorta Fondunun nümayəndələrinə çoxsaylı suallar ünvanlanıb və onlara ətraflı cavab verilib.

Xatırladaq ki, sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.

Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini dövlətin dəstəyindən faydalanmağa və əkin sahələrini vaxtında sığortalamağa çağırır.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə “Bitkiçilik kalkulyatoru” vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Fevral 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri