Icma.az
close
up
RU
1 iyul Bakılılar günüdür

1 iyul Bakılılar günüdür

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1 iyul sosial şəbəkələrdə və ictimaiyyət arasında “Bakılılar Günü” kimi qeyri-rəsmi bayram olaraq qeyd olunur. Rəsmi dövlət təqvimində yer almasa da, bu gün Bakı ruhunu daşıyan hər bir insan üçün mənəvi bir tarixə çevrilib.

Sfera.az xəbər verir ki, hazırda Bakı əhalisinin sayı 2.5 milyondan çoxdur, və bu rəqəm təkcə statistik göstərici deyil, hər biri özünəməxsus həyat hekayəsinə malik insanların toplamıdır. Bu şəhər müxtəlif dövrlərin, xalqların, dillərin və dinlərin görüş yeri, bir növ kültürlərarası körpüdür. İnsanlar özlərini “bakılı” adlandırmaqla təkcə yaşadıqları yeri deyil, həm də daxili mədəniyyət və həyat tərzini ifadə edirlər.

Bakılı olmaq nədir?

Bakılı olmaq – şəhər ləhcəsi ilə danışmaq, zarafatla söhbətə başlamaq, könlü açıq olmaqdır. Bu anlayış coğrafiyadan daha çox mədəniyyət və xasiyyət mənsubiyyətidir. Paytaxtda doğulub-böyümüş insanlar üçün bu gün bir növ şəhərə minnətdarlıq günüdür, onları formalaşdıran, şəxsiyyətlərinə yön verən Bakı üçün. Sosioloqlar və şəhərşünaslar qeyd edirlər ki, bu tip qeyri-rəsmi bayramlar şəhər vətəndaşları arasında lokal kimlik duyğusunu gücləndirir, mədəni irsi qoruyur və sosial bağlılığı artırır.

“Bakılılar Günü” də məhz bu funksiyanı daşıyır – Bakıya olan emosional bağlılığı gündəmə gətirmək, onu yenidən xatırlamaq və paylaşmaq. Bir çoxları bu günü şəhərə aid hisslərini ifadə etmək, uşaqlıq xatirələrinə qayıtmaq və bakılı olmağın mənəvi anlamını paylaşmaq üçün fürsət kimi dəyərləndirir.

Qeyd edək ki, Azərbaycanın paytaxtı və ən böyük şəhəri olan Bakı, Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasında yerləşir. Tarixi min illərlə ölçülən bu şəhər, həm Şərqin, həm də Qərbin mədəniyyətini özündə birləşdirən nadir məkanlardan biridir. Bakı təkcə siyasi və iqtisadi mərkəz deyil, həm də memarlıq abidələri, muzeyləri, incəsənət ocaqları və qədim İçərişəhəri ilə regionun ən önəmli şəhərlərindən biri sayılır. Bakı – küləyi sərt, insanı isti, neft qoxulu, musiqi dolu, daş divarları tarix, küçələri həyat olan bir şəhərdir.

Bəsti Rəfizadə

Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 İyul 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri