1 milyon dollar ver, ABŞ vətəndaşı ol
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
ABŞ hökumətinin “Qızıl Kart” internet saytı zəngin əcnəbilərə 1 milyon dollara daimi yaşayış icazəsi təklif edir.
"Unikal" xəbər verir ki, bunun üçün müraciət haqqı 15.000 ABŞ dollarıdır. Hətta viza rədd edilsə belə, bu məbləğ geri qaytarılmır.
Prezident Donald Tramp bunu Amerika vətəndaşlığını əldə etməyin ən sürətli yolu adlandırıb.
ABŞ hökumətinin açıqlamasında deyilir: "Təhlükəsizlik Departamentinin xidmət haqqı 15.000 dollardır. Arxa plan yoxlanışından və 1 milyon dollar ilkin ödənişdən sonra "Trump Gold Card" ilə rekord müddətdə yaşayış icazəsi ala bilərsiniz".
Səlahiyyətlilər təsdiq prosesinin bir neçə həftə çəkəcəyini vəd edir.
Onlar tezliklə platin kart variantını işə salacaqlarına söz verirlər: beş milyon dollarlıq ianə üçün ərizəçilər ABŞ-də ildə 270 günə qədər vergisiz yaşaya biləcəklər.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 11 Dekabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















