Icma.az
close
up
RU
“100 min ver, Azərbaycan vətəndaşı ol” Qanun buna icazə verir

“100 min ver, Azərbaycan vətəndaşı ol” Qanun buna icazə verir

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət Miqrasiya Xidmətinin (DMX) son məlumatına görə, iyul ayında Azərbaycan vətəndaşlığına dair mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı isə 1914 müraciət qeydə alınıb. Yenə də rəsmi statistikaya əsaslansaq, 2021-ci ildə – 361, 2022-ci ildə – 329 nəfər, 2023-cü ildə – 321 nəfərə Azərbaycana vətəndaşlığı verilib. 2024-cü ilin ilk aylarında isə bu rəqəm 298 nəfər olub.

Bir çox ölkələrdə vətəndaşlıq hüququ qazanmanın güzəştli qaydaları mövcuddur. Məsələn, müəyyən məbləğdə əmlak alma. Azərbaycanda vətəndaşlıq almaq üçün xüsusi imtiyazlar (məsələn, daşınmaz əmlak almaq) mövcuddur. Qanunvericiliyi bu prosesi daha ciddi və konkret şərtlərə bağlayır.

“Vətəndaşlığı haqqında” Qanuna əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı şərtlər yerinə yetirildikdə vətəndaşlıq üçün müraciət edə bilərlər:

Daimi Yaşayış: Ərizə verən şəxs müraciətdən əvvəl ən azı son 5 ildə Azərbaycan ərazisində daimi yaşamalıdır

Hüquqi Əsaslar: Ölkədə yaşadığı müddətdə qanuni əsaslara, yəni müvəqqəti və ya daimi yaşama icazəsi olmalıdır.

Dil Bilikləri: Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməsi vacib şərtlərdəndir.

Qanunlara Hörmət: Azərbaycanın Konstitusiyasına və digər qanunlarına riayət etməli, ölkənin dövlət quruluşuna hörmət göstərməlidir.

Maliyyə Təminatı: Şəxsin özünü və ailəsini təmin etmək üçün qanuni gəlir mənbəyi olmalıdır.

Miqrasiya Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır):

Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;

Miqrasiya Məcəlləsinin 45.1.3-45.1.3-2-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda;

Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda;

Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;

Nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda;

İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;

Miqrasiya Məcəlləsinin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis və ya yüksəkixtisaslı miqrant olduqda;

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;

Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;

Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda;

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;

Miqrasiya Məcəlləsinin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci, 64.0.17-ci, 64.0.18-ci və 64.0.19-cu maddələrində nəzərdə tutulan hallarda;

Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;

Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil aldıqda;

Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;

İnsan alverindən zərər çəkmiş şəxs hesab olunduqda;

Cinayət təqibi orqanlarına yardım göstərdikdə;

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.

Xatırladaq ki, vətəndaşlıq almaq istəyən hər kəs bütün sənədləşmə işlərini qanuni yolla və müvafiq dövlət qurumları vasitəsilə həyata keçirməlidir. Vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda qanunsuz qalması isə ciddi hüquqi nəticələrə səbəb ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Avqust 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri