Icma.az
close
up
RU
1 milyonluq dollar əskinası: kolleksionerlərin “röyası”

1 milyonluq dollar əskinası: kolleksionerlərin “röyası”

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ dolları bu gün dünyadakı ən geniş istifadə edilən valyutadır və dünya iqtisadiyyatında xüsusi bir yerə malikdir. Onun iqtisadi və maliyyə sistemindəki rolu təkcə Amerika iqtisadiyyatına deyil, qlobal maliyyə bazarlarına da təsir göstərir. Dolların dünya iqtisadiyyatında bu qədər böyük əhəmiyyətə sahib olmasının bir neçə səbəbi var.

Dollar dünyanın ən əsas rezerv valyutasıdır. Yəni, dünyanın ən böyük mərkəzi bankları, beynəlxalq ticarət və dövlətlər öz valyuta ehtiyatlarını əsasən dollarla saxlayır. Beynəlxalq Maliyyə Fondunun (IMF) məlumatlarına görə dünya rezervlərinin təxminən 60%-i ABŞ dollarında saxlanılır.

Dünyada ticarət çox zaman ABŞ dolları ilə aparılır. Xammal (xüsusilə neft), qızıl və digər əmtəə ticarəti dollarla həyata keçirilir. Bu səbəbdən, dollar "qlobal ticarət valyutası" kimi tanınır.

Dolların dünya iqtisadiyyatında mühüm rol oynamasının bir digər səbəbi isə ABŞ-ın böyük və sabit iqtisadiyyatıdır. Dolların qiymətinin stabil olması, investorlar üçün etibarlı bir sığınacaq yerinə çevrilir. Bu səbəbdən dollar iqtisadi və maliyyə böhranları zamanı "təhlükəsiz liman" valyutası kimi tanınır. Məsələn, 2008-ci il maliyyə böhranı zamanı və COVID-19 pandemiyası zamanı, investorlar və dövlətlər dollar alaraq iqtisadi qeyri-müəyyənliklərdən qorunmağa çalışdılar.

Modern.az bildirir ki, son illərdə kriptovalyutaların, xüsusən də Bitcoin və Ethereum kimi rəqəmsal valyutaların artan populyarlığı ilə dolların gələcəyi barədə müzakirələr də başlayıb. Lakin hələ də dollar qlobal ticarət və maliyyə bazarlarında dominant valyuta olaraq qalır. Kriptovalyutalar hələ də çox sayda ölkədə rəsmi ödəniş vasitəsi olaraq qəbul edilmədiyi üçün, dolların yerini tam olaraq tutmaqda çətinlik çəkir.

Hazırda tədavüldə 1, 5, 10, 20, 50, 100  dollarlıq əskinaslar  mövcuddur. Amma Vaxtlında yüksək nominal dollar əskinasları (500, 1000, 5000, 10000 və 100000 dollar) 1969-cu ildən sonra dövriyyədən çıxarılıb. Hətta 1 milyon dollarlıq əskinasa da rast gəlinib, amma dövriyyədə olmayıb. Bu əskinaslar hələ də kolleksiya dəyərinə malikdir.

500 ABŞ dollarlıq əskinas  1928-ci ildən 1969-cu ilə qədər  emissiya edilib. Əskinas daha çox böyük maliyyə əməliyyatları, banklar arasında ticarət və iri tranzaksiyalar üçün istifadə edilirdi.

1000 dollar da 1928-ci ildən 1969-cu ilə qədər çap edilib. Bu əskinas əsasən böyük kommersiya əməliyyatları, dövlətlərarası ticarət və digər maliyyə əməliyyatlarında istifadə olunurdu. Hətta o dövrün sərt maliyyə mühitində də geniş yayılmırdı, çünki daha çox imkanlı şəxslər və banklar tərəfindən istifadə olunurdu.

1928-ci ildən 1969-cu ilə qədər 5000 dollar da dövriyyəyə buraxılıb. Bu əskinas nadir idi və daha çox iri maliyyə əməliyyatları və ticarət mütəxəssisləri tərəfindən istifadə olunurdu. Həmçinin, böyük bank əməliyyatları və bir çox beynəlxalq biznes müqavilələri üçün istifadə edilirdi.

10 000 dollar əskinası da 1928-ci ildən 1969-cu ilə qədər çap olunub. Yalnız böyük korporasiyalar və banklar tərəfindən ticarət əməliyyatlarında istifadə edilirdi. Bu əskinas da, tədavüldən çıxdıqdan sonra daha çox kolleksiyaçılar tərəfindən toplanır.

100 000 Dollar 1934-cü ildə ABŞ-da yalnız çox xüsusi əməliyyatlar üçün buraxıldı. Bu əskinas yalnız federal hökumət və banklar arasında tədavül edirdi və gündəlik həyat üçün istifadə olunmurdu. 1969-cu ildə ABŞ hökuməti bu əskinası tədavüldən çıxardı.

ABŞ-da 1969-cu ildə hökumət səhv istifadələrin və maliyyə cinayətlərinin qarşısını almaq üçün yüksək nominallı əskinasların tədavüldən çıxarılmasına qərar verdi. İri nominallı dollarlar hal-hazırda nadir kolleksiya əşyalarına çevrilib. Əksər hallarda, bu əskinaslar yalnız nadir kolleksiyaçılar və banknot həvəskarları tərəfindən əldə edilir.  Onların qiyməti şərtlərinə, nadirliyinə və tələbatına görə çox dəyişir.

ABŞ-da rəsmi olaraq dövriyyəyə buraxılmayan 1 milyon dollarlıq əskinaslar sadəcə olaraq “fantaziya əskinasları” kimi tanınır və daha çox kolleksiya dəyəri daşıyır. “Amerika röyası” adlandırılan kağız pul dolların nüfuzunu tərənnüm etmək məqsədilə 1988-ci ildə simvolik olaraq çap edilib. 1 milyon dollarlıq əskinas ticarətdə əldə olunan müvəffəqiyyət üçün hazırlanıb. Bu kağız əskinas heç bir yerdə pul şəklində istifadə olunmasa da kolleksionerlər arasında böyük bir məbləğlərdə satılır.

Amertikanın nadir əskinaslarından biri də 2 dollardır. ABŞ-da ilk dəfə 1862-ci ildə buraxılıb. Əskinasın buraxılmasında əsas məqsəd valyuta miqdarını artırmaq və iqtisadiyyatın inkişafını dəstəkləmək idi.

Onların üzərində Xəzinədarlığın ilk katibi Aleksandr Hamiltonun təsviri yer almışdı. Lakin 1869-cu ildə bu təsvir ABŞ-ın üçüncü prezidenti və Müstəqillik aktının müəllifi Tomas Cefersonun təsviri ilə əvəzləndi. Qeyd etmək lazımdır ki, ilk olaraq iki dollarlıq banknotlar bank və əhali arasında böyük populyarlıqla istifadə olunmurdu. Bunun isə bir neçə səbəbi var idi. Ən geniş yayılmış səbəblərdən biri o idi ki, əksər kassa aparatlarında 2 dollar nominalında olan banknot üçün ayrıca yer nəzərdə tutulmamışdı.

Belə bir fikir mövcud idi ki, 2 dollarlıq banknotu asanlıqla 1 dollar ilə səhv salmaq olurdu. Bu isə özlüyündə bəzi narahatçılıq doğururdu. Bundan əlavə, əhali arasında yayılan inanca əsasən, 2 dollarlıq banknotlar uğursuzluq gətirirdi. Bütün bunlar banknotun az yayılmasına gətirib çıxardı. Vəziyyət hətta o səviyyəyə çatmışdı ki, satıcılar mağazalarda 2 dolları qəbul etməkdən imtina edirdilər.
Sonuncu dəfə dollar 1928-ci ildə ciddi dəyişikliyə məruz qaldı.

Başqa bir versiya budur ki, 2 dollar at yarışında standart mərc vasitəsi idi. Bir insanın çoxlu iki dollarlıq əskinasları olsaydı, o, oyunçu sayıla bilərdi.

Başqa bir versiyada deyilir ki, ABŞ-da səslərin alınmasına qadağa qoyulmazdan əvvəl səsvermənin qiyməti 2 dollar olub. Ona görə də bir şəxsin əlində bu əskinasın olması onun səsini satması anlamına gələ bilər.

1966-cı ildə ABŞ Bankı iki dollarlıq əskinasların buraxılmasını dayandırıb. 2 dollarlıq əskinaslar məhdud sayda 1976-cı ildə və  1995-ci ildə buraxılıb.  Bu zaman 2 dollarlıq əskinaslar demək olar ki, yoxa çıxıb. Bu əskinaslar kolleksiyaçılar tərəfindən alınıb.

Yeri gəlmişkən,  ABŞ dolları çap olunan kağız – 25% kətandan və 75% pambıqdan ibarətdir.

Dolların bir banknotunun təxmini çəkisi, dəyərindən asılı olmayaraq 1 qrama bərabərdir.

Dollar əskinasının ömrü orta hesabla təxminən 22 ay təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:288
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Yanvar 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri