Qan qrupu immunitetə təsir edirmi? Həkimdən maraqlı açıqlama KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qan qrupunun virus infeksiyalarına qarşı müqavimətə təsir göstərməsi ilə bağlı fikirlər elmi baxımdan birmənalı təsdiqini tapmayıb.
Mütəxəssislər bildirirlər ki, insanın immun sisteminin gücü daha çox həyat tərzi və ümumi sağlamlıq vəziyyətindən asılıdır.
KONRKET.az xəbər verir ki, bu barədə “RT”yə Grand Clinic klinikalar şəbəkəsinin təsisçisi və elmi rəhbəri, həkim Olqa Şuppo danışıb.
Onun sözlərinə görə, əvvəlki bəzi tədqiqatlarda qan qrupu ilə immunoloji göstəricilər arasında statistik əlaqələr aşkarlanıb. Məsələn, müəyyən araşdırmalarda IV qan qrupuna sahib insanlarda interferon istehsalının daha aktiv olduğu müşahidə edilib.
Həkim qeyd edib ki, I qan qrupuna sahib şəxslərdə bu reaksiya təxminən 80 faiz, III qan qrupunda isə 91 faiz hallarda qeydə alınıb. II qan qrupuna sahib insanların 40 faizində isə interferon istehsal etmək qabiliyyətinin aşağı olduğu müəyyən edilib.
Bununla belə, mütəxəssis qan qrupunun immunitetin gücünü müəyyən edən əsas amil hesab edilməsinin yanlış olduğunu vurğulayıb.
Şupponun sözlərinə görə, immun sisteminə genetika, ümumi sağlamlıq vəziyyəti, həyat tərzi, qidalanma, stress səviyyəsi və xroniki xəstəliklərin mövcudluğu təsir göstərir.
Həkim əlavə edib ki, müasir tibbdə xəstəliklərin vaxtında aşkarlanması və profilaktik tədbirlər immunitetin qorunmasında daha mühüm rol oynayır.
Qeyd edək ki, qan qrupu ilə immunitet arasında əlaqəyə dair ayrı-ayrı elmi müşahidələr mövcud olsa da, bu göstərici insanın viruslara qarşı nə dərəcədə davamlı olduğunu müəyyən etmək üçün kifayət deyil.\\sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 20 Noyabr 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















