1 qola görə mümkün pley off dan kənarda qaldıq
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Malta millisi UEFA Millətlər Liqasının D Liqasından Avro-2028-in pley-off mərhələsinə vəsiqə qazanmaq baxımından üstünlük əldə edib.
QOL.az xəbər verir ki, bu barədə futbol statistikası üzrə ixtisaslaşmış “Football Meets Data” məlumat yayıb.
Bildirilib ki, Maltanın noyabrın 16-da səfərdə Cəbəllütariqlə 1:1 hesablı heç-heçə etməsi D Liqasından pley-off üçün ayrılan yeganə yer uğrunda mübarizədə bu komandanı Azərbaycan millisindən üstün edib.
Hər iki yığma Millətlər Liqasının qrup mərhələsini 8 xalla və müsbət 2 top fərqi ilə başa vurub. Lakin Malta 5, Azərbaycan isə 3 qol vurub.
“Football Meets Data” Azərbaycan millisinin Lixtenşteynlə (FİFA reytinqində 207-ci yer) iki oyunda cəmi bir qol vurmasına diqqət çəkib. Qeyd olunub ki, millimiz həmin görüşlərdə daha bir qol vursaydı, üstünlük Azərbaycana məxsus olacaqdı.
Malta D Liqasından pley-off üçün ayrılan yer sayəsində öz qrupunda qalib olmayan A Liqası komandalarından da üstün mövqedədir.
“Football Meets Data”nın simulyasiyalarına əsasən, Maltanın AVRO-2028-in pley-off mərhələsinə yüksəlmək ehtimalı 73 faizdir. Malta millisi indiyədək nə dünya, nə də Avropa çempionatının final mərhələsində iştirak edib.
Qeyd edək ki, Malta hələ Avro-2028-in pley-offuna rəsmən vəsiqə qazanmayıb.
Əgər Millətlər Liqasının A, B və C Liqalarının qrup qalibi paralel olaraq Avro-2028-in seçmə mərhələsində öz qruplarında ilk iki yerdən birini də tutub yarışa birbaşa vəsiqə qazansa, o zamanda Malta pley-off-da çıxış edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 17 Noyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















