Icma.az
close
up
RU
10 20 il sonra Azərbaycanı hansı ekoloji mənzərə gözləyir ? EKOLOQ DANIŞDI

10 20 il sonra Azərbaycanı hansı ekoloji mənzərə gözləyir ? EKOLOQ DANIŞDI

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"2045-2055 –ci illər Azərbaycan üçün həm iqtisadi, həm də ekoloji baxımdan dönüş nöqtəsi ola bilər. İqlim dəyişikliyi, əhali artımı, su ehtiyatlarının azalması və Xəzər dənizinin səviyyəsinin azalması ölkənin davamlı inkişafını birbaşa təsirləndirəcək". Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, bu strategiyanın məqsədi yaxın 20-30 ildə gözlənilən riskləri müəyyənləşdirmək və onları idarə etmək üçün ən optimal addımları müəyyən etməkdir: "Eyni zamanda iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan Respublikasında önəmli işlər aparılır.Bu işdə elmi ictimaiyyətin,tədqiatçıların yerli QHT-lərin də əməyi böyükdür. BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sesiyasının məhz Azərbaycanda keçirilməsi (COP- 29)bunun bariz nümunəsidir.Azərbaycan məhz bu istiqamətdə görülən işləri uğurla davam etdirərək BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı inkişaf sahəsində gündəlik” təşəbbüsünə qoşulmus,dayanıqli inkişafa nail olmaq öhdəliyini bəyan edərək bu öhdəliyin icrasına əməli addımlar atmışdır.Məhz bu gündəlikdə qeyd edilən təmiz və sağlam ətraf mühitin təmin edilməsi fəaliyyətin əsas və mühim faktorudur.Təsadüfi deyil ki,”Azərbaycan 2030 - sosial-iqtisadi inkişafa dair Milli Priotetlər”sənədində təmiz ətraf mühit və yaşıl artım ölkəsi adlanır. Eyni zamanda Azərbaycan artıq Yaşıl enerjiə sart vermişdir.Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi ilə bağlı fəaliyyət istiqamətləri müəyyən edilib.

Amma təssüflə deyə bilərik ki, bəzi ekoloji poblerimiz var.Azərbaycan su baxımında kasıb ölkədir, çayların 70% i xaricdən gəlir. Bəzi bölgələrdə su çatışmazlığı artık kritikdir. Aran zonasında şoranlaşma genişlənir,suyun düzgün idarə olunmaması torpaq məhsuldarlığını aşağı salır, quraqlıq meşə yanğınlarının riskini artırır. Son illər Xəzər dənizinin səviyyəsi də getdikcə azalır. Lakin bu istiqamətdə işlərə start verilib. Aqrar sahədə suya qənaət texnalogiyalarının artması, meşə bərpası layihələri, Qarabağ və Şərgi Zəngəzurda “yaşıl zona”prinsipi həyata keçirilir, Xəzərin çirklənməsinə qarşı reqional komissiyalar aktivləşdirilib. Problem çoxdur, amma dövlət, QHT-lər və özəl sektorun ekologiyaya ayırdığı vəsait son ildə xeyli artıb.

Bunu da qeyd etməliyik ki, Azərbaycan çox güclü ekoloji proqramlar həyata keçirərsə o zaman iqlim siyasəti və ekoloji idarəetmə ciddi şəkildə güclənər,orta illik temperatur, bioloji itkilər ,su çatışmazlığı nisbətən azalar,meşələrin azalmasının qarşısı alınar.

Nəticə etibarı ilə ətraf mühitin mühafizəsi həm bu günü, həm də gələcəyi formalaşdıran əsas məsələdir. Təbiətin tarazlığını qorumaq, təbii sərvətlərdən şüurlu şəkildə istifadə etmək və davamlı həyat tərzini mənimsəmək təkcə bəşəriyyət üçün deyil, bütün canlılar üçün həyati əhəmiyyət kəsb edir. Hər bir fərdin ətraf mühitin mühafizəsi ilə bağlı öhdəliyi sağlam və yaşana bilən planetə doğru atılan ən dəyərli addımdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Yanvar 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri