Icma.az
close
up
RU
10 cu Milli Marketinq Forumu uğurla yekunlaşdı!

10 cu Milli Marketinq Forumu uğurla yekunlaşdı!

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkənin ən böyük biznes tədbirlərindən biri olan Milli Marketinq Forumu (MMF) bu il "Neoklassika" konsepti ilə 10-cu illiyini uğurla yekunlaşdırıb. Forum 9 may online formatda, 28 Mall "CinemaPlus"da keçirilən tədbirin ikinci və üçüncü günü isə fiziki iştirakla yekunlaşıb.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, May 2025-ci il tarixində baş tutan forumun ilk günü marketinq sahəsində fəaliyyət göstərən peşəkarları onlayn platformada bir araya gətirib. Tədbir “Yeni Texnologiyalar Paneli: Blokçeyn, Süni Zəka, Big Data”, “İnnovativ Marketinq və Startaplar”, “Şirkətlər və agentliklər” panelləri üzrə sektorlardan olan şirkətlərin, startapların və agentliklərin təcrübə mübadiləsi və fikir paylaşımı üçün mühüm bir platforma rolunu oynayıb.

10 may tarixində keçirilən tədbirin ikinci günü “Milli keyslər”, “Böyük Qayıdış” və “Yaradıcı Sənayelər və Trendlər” panelləri ilə yadda qalıb. Bu panellər Azərbaycanın marketinq, media və yaradıcılıq ekosistemində baş verən real dəyişiklikləri əks etdirən çıxışlarla zəngin olub və yerli brendlərin, agentliklərin, eləcə də yaradıcı şəxslərin praktiki təcrübələrini ön plana çıxarıb. Yerli bazarda uğur qazanmış kampaniyalar, innovativ kommunikasiya yanaşmaları və auditoriya ilə qurulan real əlaqələr üzərində dayanıqlı müzakirələr aparılıb. Böyük Qayıdış paneli Qarabağa dönüş, regionun iqtisadi və sosial inkişafı kontekstində brend quruculuğu və kommunikasiya strategiyalarına həsr olunub. Paneldə çıxış edən spikerlər "Böyük Qayıdış" çərçivəsində icra olunan layihələrdə marketinqin və PR alətlərinin rolu, bu layihələrin cəmiyyətə təsiri və gələcək nəsillər üçün yaradılan dəyərlər barədə məlumat veriblər.

Tədbirin sonuncu günü isə “Satış və Ticari Marketinq”, “Ənənəvi və Yeni Media” və “PR və Kommunikasiya” panelləri ilə yekunlaşıb. Bu sessiyalar forumun biznes yönümlü və praktiki tətbiqə əsaslanan ən dəyərli müzakirələrindən biri kimi yadda qalıb. Panellər əsasında ictimaiyyətlə əlaqələr, reputasiya idarəçiliyi, böhran kommunikasiyası və daxili kommunikasiya strategiyaları gündəmə gətirilib. Həmçinin, korporativ brendlərin ictimai rəy üzərində necə təsir yaratdığı, PR kampaniyalarının qurulması və effektiv kommunikasiya vasitələrinin seçilməsi ilə bağlı real təcrübələr paylaşılıb.

Forum zamanı Kapital Bank ASC Ekosistem Marketinq üzrə lideri Günel Mavliyarova, Biznes Strategiyası və Liderlik & Qlobal Bədən Dili üzrə Ekspert Anar Heydərov, Aktrisa və Əməkdar Artist Dilarə Əliyeva məruzəçi qismində çıxış ediblər.

Növbəti ilə Milli Marketinq Forumunda görüşmək ümidi ilə!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 May 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri