Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

10 fevral Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

10 fevral Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda qiymət artsa da, xidmət qənaətbəxşdir

Hər il fevral ayının ikinci çərşənbə axşamı dünyanın 110-dan çox ölkəsində Beynəlxalq Təhlükəsiz İnternet Günü (İnternational Safer Internet Day) qeyd olunur. “İnsafe” (Təhlükəsiz İnternet Avropa Şəbəkəsi) təşkilatının təşəbbüsü ilə 2004-cü ildən etibarən hər il qeyd edilən bu əlamətdar günün əsas məqsədi təhlükəsiz İnterneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaqlar və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

Bu il “Birlikdə daha mükəmməl İnternet yaradaq” şüarı altında qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü 10 fevral tarixinə təsadüf edir.

Qeyd edək ki, 2013-cü ildə yaradılan Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzi tərəfindən İnternetdə fırıldaqçılığa, maliyə saytlarına müdaxiləyə və uşaq pornoqrafiyasının yayılması əleyhinə genişmiqyaslı əməliyyatlar həyata keçirilir. Mərkəzin vəzifəsi mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısını almaqdan ibarətdir. Hazırda təşkilatın fəaliyyəti İnternetdə üç cinayət növünün qarşısının alınması ilə məhdudlaşdırılıb. Bunlar əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumlar, onlayn mütəşəkkil fırıldaqçılıq və uşaq pornoqrafiyasının yayılması ilə mübarizədir.

Azərbaycanda İnternet 1993-cü ildən inkişaf etməyə başlayıb. İlk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılıb, ilk dövlət orqanının saytı isə Azərbaycan Respublikası Prezidentinin saytı olmuşdur və 1997-ci ildə yaradılıb. 1993-cü ildən yüksək səviyyəli milli AZ domeninin inzibatçılığı həyata keçirilir.

İlk günündən İnternetin inkişafı əsasən özəl sektor tərəfindən aparılır. 2000-ci ilədək İnternet Xidmət Provayderlərin (İSP) fəaliyyəti xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilirdi, lakin 2000-ci ildə lisenziyalaşdırma ləğv edilib. Bunun sayəsində hazırda ölkədə İSP kimi xidmət göstərmək istəyən hər bir fiziki və hüquqi şəxs sərbəst olaraq fəaliyyətə başlaya bilər. Hazırda ölkədə 40-dək İSP fəaliyyət göstərir və onlardan yalnız 3-ü (Aztelekomnet, Bakinternet və Azdatakom) dövlət qurumudur. İSP-lərin fəaliyyəti sağlam rəqabət və bazar münasibətləri şəraitində həyata keçirilir. Şirkətlər İnternetə çıxış üçün sabit və simsiz rabitə texnologiyalarında istifadə edirlər. WiMax və digər simsiz texnologiyalarının tətbiqi genişlənir. Ölkənin beynəlxalq İnternet şəbəkəsinə qoşulması 2 özəl şirkət tərəfindən (Delta Telekom və AzerTelecom) həyata keçirilir və İSP-lər üçün alternativ seçim imkanı yaradır.

Ölkədə fəaliyyət göstərən hər 3 mobil rabitə operatoru İnternetə yüksək sürətli çıxışı təmin edir və hər üç mobil rabitə operatoru 3G xidməti göstərir.

Azərbaycanda genişzolaqlı xidmətlərin göstərilməsinə 2006-cı ildən başlanılıb və son illərdə istifadəçilərin sayında ciddi sıçrayış müşahidə olunmaqdadır. Son illərdə ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti dəfələrlə artırılıb.

Azərbaycanda internetə giriş böyüyür və milli strategiya ölkəni Qafqaz regionunda informasiya və kommunikasiya texnologiyaları mərkəzinə çevrilməsini dəstəkləyir. Azərbaycan dövləti fəal olaraq xarici yardımları cəzb etməklə telekommunikasiya və (İKT) sahəsini inkişaf etdirmək istəyir. Hökumət 2013-cü ildə Azərbaycanda internet istifadəçilərinin əhalinin 85 faizini təşkil edəcəyi bildiriləsə də Beynəlxalq telekomunikasiya ittifaqına görə hal hazırda bu rəqəm 58.7 faizdir.

Ötən ilin dekabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (65,59 MB/S) görə 154 ölkə arasında 91-ci yerdə qərarlaşıb ki, bu da noyabra nisbətən 1 pillə irəliləyiş deməkdir.

“Speedtest Global Index” xəbər verir ki, bir il əvvəlki göstərici (35,25 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 86 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (330,98 MB/S), axırıncı yeri isə Kuba (2,96 MB/S) tutub.

Azərbaycan dekabrda mobil internetin sürətinə görə isə noyabr ayına nisbətən 1 pillə irəliləyərək 56,78 MB/S sürətlə 110 ölkə arasında 55-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (453,87 MB/S), sonuncu yeri isə Əfqanıstan (8,20 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 199 şəhər arasında 58,31 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (322,91 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,04 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə noyabrdakı mövqeyində qalaraq 72,75 MB/S sürətlə 160 şəhər arasında 77-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (527,65 MB/S), sonuncu yeri Herat (8,84 MB/S) tutub.

Son illərdə Azərbaycanda internet infrastrukturunun müasirləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və bu sahədə sağlam rəqabət mühitinin yaradılması istiqamətində əhəmiyyətli layihələr həyata keçirilib. Dövlət proqramları və strategiyalarda qarşıya qoyulan hədəflərə uyğun olaraq, genişzolaqlı internet infrastrukturunun yenidən qurulması məqsədilə müxtəlif irihəcmli layihələr icra olunub. Telekommunikasiya sahəsini tənzimləmək və nəzarəti gücləndirmək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) yaradılıb. Bundan başqa, RİNN Kollegiyasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri” təsdiqlənib. Müasir tələbləri nəzərə alaraq “Telekommunikasiya haqqında” Qanun əsasında yeni “Elektron kommunikasiya haqqında” Qanun layihəsi də hazırlanıb.

Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib ki, İnternet Mübadiləsi Mərkəzləri (Internet Exchange Point - IXP) ilə bağlı qlobal resurslarda həqiqətən də Azərbaycanla bağlı məlumatlar yoxdur. Görünür ki, əvvəllər Delta Telecom tərəfindən aparılan az-ix.net adlı belə bir layihə olub, amma sonradan bu qlobal resurslardan Azərbaycanla bağlı məlumatlar silinib.

Osman Gündüz qeyd edib ki, Azərbaycanda iki magistral provayder, Delta Telecom və Azertelecom arasında arabağlantı (buna İXP demək doğru olmazdı) var: "Yəni bu iki qurumun provayderləri arasındakı mübadilə trafiki xaricə çıxmaya bilər.

Əgər hər iki magistralın daxili siyasəti xarici tranzitdən istifadə etməyi tələb edirsə və ya bəzi İSP-lər birbaşa bu əlaqəyə qoşulmayıbsa, trafik xaricə çıxa bilər. Maraqlıdır ki, lokal, 2-ci səviyyəli provayderlər bu bağlantıya qoşulmayıb. Bu xidmət ödənişlidir.

Eyni zamanda, yeni yaranan magistral provayder olan Aztelekom ilə digər magistralların bağlantısı haqqında da bilgilər yoxdur. Halbuki əsas regional trafikimiz bu provayder üzərindədir".

Ekspertin sözlərinə görə, bizdə bütün lokal və magistral provayderləri birləşdirən rəsmi, şəffaf, hamı üçün bərabər əsaslarla istifadə edilə biləcək İXP indiyədək formalaşmayıb:

"Əgər lokal provayderlər eyni magistrala bağlıdırsa, mübadilə elə bu magistral üzərindən baş tutur, yox əgər provayderlər müxtəlif magistrallara bağlıdırsa, onda mübadilə birbaşa deyil, magistrallar üzərindən baş tutur. Yəni hər magistralın mübadilə mərkəzi, əslində, onun özüdür.

Azərbaycanda iki provayder arasındakı trafik mübadiləsinin marşrutuna traceroute vasitəsilə baxsaq görərik ki, bu marşrut xeyli qəlizdir. Trafik çox sayda marşrutlardan (routerlərdən – Hop) keçərək son nöqtəyə çatır. Bu Hop-ların ortalama sayı qonşu ölkələrdə 2-4 arasındadır, bizdə isə adi istifadəçi üçün (məxsusi İP yoxdursa) 10 civarındadır. Bu isə çox böyük rəqəmdir və bu o deməkdir ki, internetin sürəti hiss olunacaq dərəcədə aşağı düşəcək".

Belə olan halda nə etmək olar?

Suala cavab olaraq ekspert vurğulayıb ki, yeni bir magistral provayder –Aztelekom da backbone bazara daxil olub. Güman ki, yaxınlarda daha bir magistral –Starlink də gələcək. A2Z də telekommunikasiya lisenziyası alıb və düşünmək olar ki o da magistral olmaq istəyəcək: "Eyni zamanda RİNN-in apardığı “Onlayn Azərbaycan” layihəsindən sonra regionlarda minlərlə internet istifadəçisi arasında xeyli trafik mübadiləsi baş verir. Amma indiki halda bu regional trafik də magistrallar üzərindən mübadilə olunduğundan internetin sürətində ləngimələr qaçılmaz olur".

Osman Gündüz qeyd edib ki, İKTA bütün provayderlərin bəhrələnə biləcəyi, şəffaf, bərabər əsaslarla qoşulmaq mümkün olan, bütün magistralların və lokal provayderlərin qoşulduğu, regional mübadilə mərkəzləri ilə inteqrasiya olunan bir Milli İnternet Mübadilə Mərkəzinin yaradılmasına təşəbbüs göstərməlidir:

"Eyni zamanda, İKTA-nın bu haqda məlumatları qlobal resurslarda yerləşdirilməsi də doğru olardı.

Ötən ilin 15 avqust tarixində ölkənin bütün provayderləri birləşib eyni anda minimal tarifləri qaldırdığından düşünmək olar ki, lazım olanda onların birləşib Milli İXP üçün də birgə addım atmasında problem olmayacaq".

Azərbaycanda qiymət artsa da internet xidməti qəanətbəxşdir. Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov internet şikayətlərinin 99 % azalmasını ölkədə artıq sürətli internetin mövcudluğunun və vətəndaş məmnuniyyətinin göstəricisi kimi dəyərləndirib. Onun sözlərinə görə, ölkədə internet infrastrukturu yenidən qurulub, internet paketlərinin texnoloji çağırışlara uyğun tənzimlənməsi şikayətlərin azalmasına səbəb olub: "Hazırda mövcud problemlər əsasən avadanlıqlarla (modem) bağlıdır. Bununla belə bu sahədə işlər mütəmadimi xarakterli olmalıdır".

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Fevral 2025 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri