Icma.az
close
up
RU
10 milyard manata yaxın...

10 milyard manata yaxın...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

İqtisadiyyata yönəldilən investisyalar artır

2025-ci ilin yanvar-iyun ayları ərzində əsas kapitala cəmi 9 milyard 911,8 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4 faiz azalsa da, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 15 faiz artıb. İnvestisiyanın 5 milyard 46,1 milyon manatı və ya 50,9 faizi məhsul  istehsalı  sahələrinə, 3 milyard 335,2 milyon  manatı (33,7 faizi) xidmət sahələrinə, 1 milyard 530,5 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 7 milyard 598,7 milyon manatını və ya 76,7 faizini daxili investisiyalar təşkil edib. Həmçinin, investisiyaların 7 milyard 822,3 milyon manatı və ya 78,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Sərmayə portfelində özəl sektorun payı da artım nümayiş etdirib, özəl investisiyalar 16,5 faiz artaraq 4,1 milyard manat təşkil edib. Özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 27,8 faiz artaraq 2,2 milyard manata yaxın olub.

Cari ilin birinci yarısında ölkə iqtisadiyyatına kredit qoyuluşu da yüksəlib. Bank və kredit təşkilatları tərəfindən iqtisadi sahələrə yönəldilən vəsaitlərin həcmi 12 faizdən çox artaraq 30,2 milyard manatı ötüb.

Xarici sərmayələrin həcmi 28,6 faiz çoxalıb

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmində artım dinamikası müşahidə edilməkdədir. Xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları qeydə alınıb, xarici maliyyə mənbələrindən əsas kapitala 2 milyard manat məbləğində investisiya edilib. Bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 28,6 faiz çoxdur.

Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının artmasında ən mühüm amillərdən biri ölkədə təmin edilmiş sağlam və münbit investisiya mühitidir. Bu istiqamətdə respublikamızda həyata keçirilən hüquqi və institisional islahatlar mühüm rol oynamaqdadır. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı  “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən, ölkə iqtisadiyyatına investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu ssenariyə uyğun olaraq biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlər görülüb ki, bu da xarici sahibkarlaın fəaliyyətində yeni mərhələnin başlanmasına səbəb olub.

Son 22 ildə 180 milyard dollar həcmində xarici investisiya

İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunların qəbul edilməsi, Rəqabət Məcəlləsinin qüvvəyə minməsi sərmayə cəlbediciliyini artırıb.

Azərbaycan hökumətinin bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalaması da investisiya qoyuluşunu təşviq etməkdədir. Azərbaycan beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb ki, həmin dövlətlərin investorlarının ölkəmizin iqtisadiyyatında potensial sərmayədar kimi xüsusi payı artmağa başlayıb.

Beləliklə, qeyd edilən təşviqedici tədbirlər, dövlətin xarici investorlara olan dəstəyi biznes sektorunun və beynəlxalq maliyyə qurumlarının Azərbaycana olan investisiya marağını yüksəldir. Ümumilikdə, 2002-2024-c illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi təxminən 330 milyard dolları təşkil edib ki, onun 180 milyard dolları xarici investisiyalardır.

Azərbaycanın investisiya reytinqi “BBB” səviyyəsinə yüksəlib

Azərbaycanda həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, əlverişli hüquqi və institusional mühitin formalaşdırılması nəticəsində Azərbaycanın investisiya cəlbediciliyi, xarici və yerli sərmayədarların marağı daha da artır. Ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri “Moody’s”, “Fitch Ratings” kimi beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini tapır, ölkəmizin kredit reytinqi yüksəlir. “Standart & Poor’s” və “Moods” reytinq agentlikləri cari ildə Azərbaycanın investisiya və kredit reytinqini artıraraq “BB+” səviyyəsinə qaldırıb. “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “pozitiv” proqnozu ilə “BBB” səviyyəsində təyin edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investorlarının daim diqqət mərkəzindədir.

Beynəlxalq Valyuta Fondu (BVF) dünya ölkələrində investisiya cəlbedicliyi mühiti ilə bağlı 2024-cü ilə dair hesabatında Azərbaycanı ən yaxşı ölkələr qrupunda qərarlaşdırıb. Belə ki, ölkəmiz ən yaxşı investisiya mühitinə malik “Top-7”qrupunda yer alıb. BVF-nin reytinqində xarici investorlar üçün əlverişli münbit iş şəraitinin yaradılması, bütün hüquqi təminatlarla əhatə olunması təqdir edilir.

Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mindən artıqdır. Təkcə, 2024-cü ildə Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin təxminən 900-ü xarici investisiyalı şirkətlər olub.

Azad ərazilərdə sərmayəçilər üçün güzəştlər

Azərbaycanın müasir inkişaf gündəliyində əsas investisya sahələri kimi süni intellekt və “yaşıl enerji”yə investisiya cəlb olunması əsas strateji xətt kimi müəyyən edilib. Resurs zənginliyi ilə diqqəti cəlb edən işğaldan azad edilmiş ərazilərə xarici investorların marağı böyük olduğundan çoxsaylı iqtisadi stimullar, güzəştlər tətbiq olunmaqdadır. Dövlət başçısının “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına əsasən, azad ərazilərdə uçotda olan və fəaliyyət göstərən sahibkarlıq subyektləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, eləcə də sosial vergilərdən azad olunublar ki, bu amil həmin bölgəyə xüsusi axınları sürətləndirəcək.

ELBRUS CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Avqust 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1415

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see703

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see552

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see541

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see464

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see455

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see442

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see442

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see406

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see373

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see345

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see305

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see298

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see292

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see286

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see276

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see275

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see251

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see248

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see248
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri