Icma.az
close
up
RU
10 min nəfərin imtahanında birinci olan Gülcan: Valideynlərimlə...

10 min nəfərin imtahanında birinci olan Gülcan: Valideynlərimlə...

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Yaşıdlarımdan fərqli olaraq, mənim hələ də smartfonum yoxdur”.

Globalinfo.az bildirir ki, bu sözləri Modern.az-a müsahibəsi zamanı Türkiyədə təşkil olunan və dünya üzrə 9 813 şagirdin iştirak etdiyi 2024 TR – YÖS/2 imtahanında birinci yeri qazanan azərbaycanlı şagird Gülcan Niftəli deyib. O, 500 bal toplayıb.

Müsahibəni təqdim edirik:

– Gülcan, hazırda təhsiliniz necə gedir? Dərslər çətin gəlirmi?

– Öncə diqqət göstərdiyiniz üçün sizə təşəkkür edirəm. Mən Niftəli Gülcan Elnur qızı hazırda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinfində təhsil alıram. Daha çox TR-YÖS kimi tanınan Türkiyənin ali təhsil məktəblərinə əcnəbi abituriyentlər üçün vahid qəbul imtahanından istədiyim maksimum nəticəni əldə etdiyimə görə, sadəcə, buraxılış imtahanına hazırlaşmaqla kifayətlənirəm. Buraxılış fənlərini yaxşı bildiyim üçün bu imtahana hazırlaşmaq elə də çətin deyil.

– Təhsilinizi harada davam etdirəcəksiniz? Hədəfiniz nədir? Gələcəkdə hansı peşəyə yiyələnmək istəyirsiniz?

– Təhsilimi Türkiyədə davam etdirmək istəyirəm. Hədəfim peşəkar həkim olmaqdır. Anam da həkimdir.

– Uğurunuzun sirri nədir?

– Nizam-intizamla çalışmaq, dərslərimi vaxtlı-vaxtında oxumaq və bilmədiklərimi ən xırdalığına kimi öyrənmək məni uğura apardı. Bunlardan əlavə, yaşıdlarımdan fərqli olaraq, mənim hələ də smartfonum yoxdur, əvvəllər bununla bağlı valideynlərimlə razılaşmasam da, sonralar bunun məni uğura aparan yolda önəmli fakt olduğunu gördüm.

– YÖS imtahanında birinci olmağınızda ailənizin rolu nə qədərdir? Ümumiyyətlə, bu uğurda ən çox əməyi olan kimdir?

– Məncə, ailəmin ən böyük rolu mənə olan sonsuz inamı idi. Və sözsüz ki, üzərimdə ən böyük əməyi olanlar müəllimlərim – Mahir Abdürrəhmanov və Elvüqar Məmmədovdur. Onlara çəkdikləri əziyyətə görə minnətdaram.

– Həyatda örnək aldığınız kimsə varmı?

– Həyatda örnək aldığım şəxslər valideynlərimdir. Onlar mənə işlərində peşəkar və ən önəmlisi – vicdanlı, təmizqəlbli insanlar olmaqla örnəkdirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Noyabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri