Icma.az
close
up
RU
10 noyabr sənədi hələ də mövcuddur iddiaları xam xəyallardan başqa bir şey deyil Politoloq

10 noyabr sənədi hələ də mövcuddur iddiaları xam xəyallardan başqa bir şey deyil Politoloq

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın artıq qüvvədən düşdüyünü bildirib. Paşinyan jurnalistlərə açıqlamasında qeyd edib ki, bundan sonra İrəvanla Bakı arasında bütün müzakirələr avqust ayında Vaşinqtonda imzalanmış sənədlər əsasında aparılacaq.

Bəs üçtərəfli bəyanatın qüvvədən düşməsi və yeni sənədlər əsasında aparılacaq danışıqlar hansı situasiyaları yarada bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Natiq Miri bildirdi ki, Vaşinqtonda imzalanan sənədlər yeni hüquqi və siyasi vəziyyət yaratdı.

"Əvvəla sülh sənədi prinsipial olaraq, yəni prinsiplərin qeyd olunduğu sənəd təsdiqləndi, paraflanandı. Nəqliyyat kommunikasiyalarının açılması və bu kontekstdə Zəngəzur dəhlizi ilə bağlı memorandum, bəyanat imzalandı. Bu, yeni bir vəziyyət yaratdı. Artıq bundan sonra Azərbaycan-Ermənistan məhz bu sənədlərdən irəli gələn konkret fəaliyyət planı çərçivəsində danışacaq və işlər görəcəklər. Görüşlərin sentyabr ayından başlayacağı da bildirilib. 2020-ci il 10 noyabr sənədi artıq arxivdə qaldı. Doğrudur, bu sənədin ölmədiyini, hələ də mövcud olduğunu Rusiya tərəfi bəyan edir. Bu da onunla əlaqədardır ki, Rusiyanın prosesdə iştirakını mümkün edən yeganə sənəd 10 noyabr sənədidir. Ancaq 10 noyabr sənədi artıq öz fəaliyyət imkanlarını və əhatəsini itirib. Çünki konkret siyasi-hüquqi nəticələr var".

Müsahibimiz qeyd etdi ki, bundan sonrakı davranışlar, bundan sonrakı proseslər məhz bu sənədlər, razılaşmalar kontekstində olacaq:

"Rusiyanın burada iştirakı görsənmir, yəni Rusiya bu qatarı buraxdı. Arxadan yüyürüb minmək istəyi də düşünürəm ki, boşunadır. Çünki 2022-ci ilə qədər kommunikasiyaların açılması məsələsinə görə bir neçə dəfə baş nazirlərin müavinləri səviyyəsində görüşlər, hətta sənədlər imzalandı. Ancaq bu sənədlər icra olunmadı. Eynən də 10 noyabr 2020-ci il sənədi, Rusiya ildırım sürəti ilə Qarabağa öz qoşunlarını yeridəndən, yeritdiyi gündən sonra bu sənəd pozulmağa başladı və bu sənədi birinci pozan Rusiya özü oldu. Çünki Rusiya bu müdaxilədən sonra özünü bu coğrafiyanın, bu bölgənin, ərazinin, Qarabağın sahibi kimi aparmağa başladı. Eyni zamanda Qarabağda mövcud olan separat rejimə, onların qeyri-qanuni silahlı qüvvələrinə, terrorçu ünsürlərə dəstək olmağa, silahlar daşımağa başladılar ki, bu da 10 noyabr sənədinə daban-dabana zidd idi. Çünki Rusiyanın Qarabağa gəlişindən iki ay sonraya qədər, yəni iki ay müddətində Qarabağda mövcud olan bütün silahlı birləşmələr silahını təhvil verərək bölgədən çıxarılmalı idi.  Azərbaycan ərazisindən çıxarılmalı idi. İlk növbədə bu öhdəliyi pozan Rusiya tərəfi oldu. Ona görə də bu sənəd, 10 noyabr sənədi hələ də mövcuddur iddiaları da xam xəyallardan başqa bir şey deyil".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri