10 oktyabr tarixində Azərbaycanın ən nüfuzlu kommunikasiya tədbirlərindən biri olan PR Forum keçiriləcək
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Forumun rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirin əsas mövzuları Korporativ Sosial Məsuliyyət (KSM) və Marka dəyərinin idarə olunması olacaq.
Tədbirdə ölkənin aparıcı PR mütəxəssisləri, biznes liderləri, media nümayəndələri və kommunikasiya üzrə ekspertlər bir araya gələrək brendlərin cəmiyyət qarşısında məsuliyyətli mövqeyi və dayanıqlı dəyərlərin biznes strategiyalarına inteqrasiyası barədə müzakirələr aparacaqlar.
KSM artıq sadəcə sosial layihələr deyil, brendlərin nüfuzunun formalaşmasında, ictimai etimadın möhkəmləndirilməsində və marka dəyərinin uzunmüddətli qorunmasında strateji alətə çevrilib. PR Forum 2025 bu transformasiyanı əhatəli şəkildə dəyərləndirəcək.
Forum iştirakçılarına panel müzakirələri, təqdimatlar və şəbəkələşmə imkanları təqdim olunacaq. Əsas məqsəd — Azərbaycan şirkətlərinin beynəlxalq standartlara uyğun kommunikasiya yanaşmalarını gücləndirmək, yeni əməkdaşlıqlar üçün zəmin yaratmaq və biznes–cəmiyyət dialoqunu daha da möhkəmləndirməkdir.
Tarix: 10 oktyabr 2025Məkan: Yelo Bank,Baş ofis binasıƏtraflı: www.prforum.azQeydiyyat linki - https://www.prforum.az/registration.php
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 22 Sentyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















