100 illik ziyarətgahı qanunsuz qazdılar Sümüklər çıxdı+Fotolar
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cəlilabad rayonunun Seyidbazar kəndində inanclı insanların uzun illərdən bəri ziyarət etdiyi ərazidə müəmmalı qazıntı işləri aparılıb.
“Qafqazinfo” xəbər verir ki, kənd sakinləri 100 ildən artıqdır inanc yeri kimi tanınan məkanda torpağın qazıldığını aşkar ediblər. Oradan sümük qalıqlarının çıxdığını deyirlər.
Məlumata görə, ərazi rəsmi olaraq dövlətin tarixi-mədəniyyət abidələri siyahısında olmasa da, yerli əhali üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Qazıntını kimin aparması hələlik məlum deyil. Diqqətçəkən məqam isə odur ki, ziyarətgahda sakinlərin qoyduğu nəzir və maddi vəsaitlərə toxunulmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
Surxay Şahbazov





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 23 Avqust 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















