Icma.az
close
up
RU
100 manat ödədi, həm pulu, həm də salon yoxa çıxdı AÇIQLAMA

100 manat ödədi, həm pulu, həm də salon yoxa çıxdı AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Redaksiyamıza müraciət edən Nigar Güləhmədova Bakı şəhərində yerləşən “Jalə Plaza” TM-də fəaliyyət göstərən “By Məhsəti” qadın salonunda bədən şəkilləndirmə prosedurları üçün müraciət edib və ilkin olaraq 100 manat ödəniş edib. Salon sosial şəbəkələrdə endirimli və effektiv nəticə vəd etsə də, ödənişdən sonra müraciət edən şəxslə əlaqə saxlanılmayıb və xidmət göstərilməyib. Nəticədə o, salona müraciət edərək xidmətlərdən imtina edib və ödədiyi məbləğin geri qaytarılmasını tələb edib, lakin salon tərəfindən pulun qaytarılmadığı bildirilib. Müraciətçi məsələ ilə bağlı salonla dəfələrlə əlaqə saxlamağa çalışsa da, nəticə əldə etməyib, sonradan salonun əlaqə nömrəsi və sosial şəbəkə səhifəsinin bağlandığını bildirib. O, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etdiyini, araşdırmanın uzadıldığını qeyd edir.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, daxil olan müraciətlərin böyük əksəriyyəti kütləvi informasiya vasitələri vasitəsilə ictimailəşdirilir və onların əhəmiyyətli hissəsi razılaşma yolu ilə həll olunur.
“Bizə daxil olan müraciətlərin təxminən 90 faizi mediada işıqlandırılır, onların da təqribən 80 faizini danışıq yolu ilə həll edirik. Lakin bu konkret müraciəti razılaşma yolu ilə həll etmək mümkün olmadı, çünki qarşı tərəf iddiaları inkar edir”, — deyə o qeyd edib.
Eyyub Hüseynov bildirib ki, bu səbəbdən məsələ ilə bağlı Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinə rəsmi müraciət ünvanlanıb:
“Ərizəni qəbul etdiyim andan etibarən həmin quruma müraciət etmişəm. Təəssüf ki, indiyədək heç bir cavab almamışıq".
Onun sözlərinə görə sözügedən qurum uzun illər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyi kimi fəaliyyət göstərib və ötən ilin fevral ayında Prezidentin qərarı ilə Prezident Administrasiyasının tabeliyinə verilib.
Eyyub Hüseynov əlavə edib ki, hazırda təqdim olunan cavablar yalnız “məhkəməyə müraciət edin” tövsiyəsi ilə məhdudlaşır:
Qeyd edək ki, istehlakçı hüquqlarının qorunması sahəsində dövlət qurumlarının operativ və nəticəyönümlü fəaliyyəti ictimai etimad baxımından mühüm əhəmiyyət daşıyır.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Yanvar 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri