Çin 2030 cu ilədək ilk dəfə Ay səthinə astronavt endirməyi planlaşdırır
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çin 2030-cu ilədək ilk astronavtlarını Aya göndərmək planını açıqlayıb. Missiya "iki buraxılış – bir eniş" sxemi üzrə həyata keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Ayın tədqiqi proqramının baş konstruktoru Van Syan bildirib ki, ilkin mərhələdə iki "Çançjen-10" daşıyıcı raketi vasitəsilə "Lanyue" adlı Ay eniş modulu və "Mençjou" pilotlu kosmik gəmisi kosmosa göndəriləcək.
Hər iki aparat Ay orbitində bir-biri ilə görüşərək birləşəcək. Daha sonra astronavtlar eniş moduluna keçərək Ayın səthinə enəcəklər.
Ekipaj üç nəfərdən ibarət olacaq, lakin onlardan yalnız ikisi Ay səthinə enəcək. Onların əsas vəzifəsi elmi tədqiqatlar aparmaqdır. Missiya başa çatdıqdan sonra astronavtlar yenidən pilotlu kosmik gəmiyə qayıdaraq Yerə dönəcəklər.
Missiyaya hazırlıq çərçivəsində Çin əvvəlcə Ay orbitində üç pilotsuz texnologiya sınağı keçirəcək, daha sonra isə pilotlu enişi həyata keçirəcək.
Bütün raket buraxılışlarının Çinin cənubundakı Haynan adasında yerləşən Vençan kosmodromundan həyata keçirilməsi nəzərdə tutulur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 01 Noyabr 2026 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















